Ey Xaqani, sözü yaxşı başa düşdüyündən

Ey Xaqani, sözü yaxşı başa düşdüyündən
Müəllif: Əbülüla Gəncəvi

Ey Xaqani, sözü yaxşı başa düşdüyündən
Gəl, sənə incə bir söz deyim, müftəcəsinə eşit:
O kəs ki, yaşda səndən böyükdür, onu həçv eləmə,
Ola bilər ki, o sənin atan olsun və sən bilməyəsən.