Ey hәmdәmim, sәni qanә qәrq elәr

Ey hymdəmim, səni qanə qərq elər
Müəllif: Molla Vəli Vidadi

Ey hәmdәmim, sәni qanә qәrq elәr,
Gәl tәrpәtmә yaralanmış könlümü.
Ayrı düşmüş vәtәnindәn, elindәn,
Hәmdәrdindәn aralanmış könlümü.

Könül verdik hәr bivәfa yadlara,
Hayıf oldu ömür, getdi badlara,
Fәlәk saldı dürlü-dürlü odlara
Şan-şan olmuş, paralanmış könlümü.

Qanlı yaşım gündәn-günә bollandı,
Axdı, axdı sinәm üstә köllәndi,
Yenә qәm sinәmi mindi yollandı,
Heç bilmәzәm yaralanmış könlümü.

Gözüm yaşı gündәn-günә fәrq elәr,
Eyb elәmәk mәni qana qәrq elәr,
Rövşәn etmәz yüz min günәş - bәrq elәr-
Bu möhnәtdә qaralanmış könlümü.

Vidadiyәm xәstә gözüm mәrdümi,
İtirmişәm qoşunumu, ordumu,
Çox tәbibә şәrh eylәdim dәrdimi,
Heç görmәdim çaralanmış könlümü.