Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır

Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır (Ayrılır qəzəli)
Müəllif: Şah İsmayıl Xətai

Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır,
Uçdu ruhim, getdi ǝqlim, gövdǝdǝn can ayrılır.

Ayrılır ol yari-sǝrdarım, gedir, qoymuş mǝni,
Sǝd hǝzaran dadü-bidad, bədəndən can ayrılır.

Ey könül, fǝryadü-nalǝ vaxtıdır, eylǝ fǝğan,
Şimdi şǝhrindǝn sǝnin ol şahi-sultan ayrılır.

Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,
Şol ǝzǝldǝn yari-hǝmdǝm, ǝhdü-peyman ayrılır.

Gözlǝrim, hǝr dǝmdǝ mövc eylǝ ki, firqǝtdir bu gün,
Tök sǝdǝflǝr dürri kim, şol gövhǝri-kan ayrılır.

Dust vida eylǝr mǝnimlǝn ağlaram mǝn zar-zar,
Gözlǝrimdǝn hǝr zaman gör Bǝhri-Ümman ayrılır.

Ey Xǝtai, Tanrı sorsun bu şikǝstǝ könlümü,
Zǝrd olubdur arizin, candan mǝgǝr qan ayrılır?