Fəramuş etdi xeyli dəm məni yad etmədən qaldı

Fəramuş etdi xeyli dəm məni yad etmədən qaldı
Müəllif: Fatma xanım Ani

Fəramuş etdi xeyli dəm məni yad etmədən qaldı,
Mənim çox sevdiyim məzhunu, dilşad etmədən qaldı.

Nola təmirinə qəsd etməsə şahi-cəhanbanim,
Bilür kim, xatiri-viranim abad etmədən qaldı.

Qalıbdır bəhri-qəmdə dil, fələk, yox sahili-məqsud,
Heyflər... Ruzigarım bana imdad etmədən qaldı.

Düşəndən rahi-eşqi-yarə zarü natəvandır dil,
Səri-kuyində halim yarə fəryad etmədən qaldı.

Neçün dər pey olur Ani ki, hali-Qeysi bilməzmi?
O bimarə yetirdi kəndini irşad etmədən qaldı.