Fərhad və Şirin (Əlişir Nəvai)/Dastanın yazılması səbəbləri

Dastanın yazılması səbəbləri
Müəllif: Əlişir Nəvai
Mənbə:


Sehr yaradarkən hoqqabaz fələk,
Hər vüçuda verər min çürə bəzək,
Biri gözəl olar, biri eybəcər,
Biri sevilməyib, biri sevilər.
Başlanğıc işini tapmaqdır mahal,
Könül dəftərinə girməz bu xəyal.
İbtidayə çatmaq deyildir mümkün,
Bu söz gizlin deyil yanında əqlin.
Hər şey səbəblidir, düşünsən bir az,
Dünyada səbəbsiz bir iş yaranmaz
Məndə bu təmənna olanda peyda,
Onun şövqi etdi könlümü şeyda.
Canımı incilər xəyalı aldı,
Sahili olmayan dəryaya saldı.
Əmr etdi hörümçək toru yumaxla,
Onunla fələyin bürçünü bağla.
Bu bəla dağına girişəm gərək,
Qaqumla sərt dağı mən eşəm gərək.
Nəsrin yarpağına qələm çəkərək,
Fərhadla Şirini əks edəm gərək.
Geniş bir təfəkkür lazımdır, inan,
Yüzlərcə kül dərsin quru tikandan.
Vermək lazım idi bu işə təğyir
Ki, ürəklər açsın çəkdiyim təsvir.
Bir sevgi bəlası baisdir buna,
Qüvvət aldım, düşcək eşqin oduna.
Onun tə'rifində dilim olub lal,
Qoy qələm diliylə şərh edim əhval.
O həzin canıma verdi bir bəla.
Eşqdən başıma gəldi min həva,
Bir ov eşqi çəkdi sinəmə yüz dağ,
Yüksəltdi qəm daşı üstümə min dağ.
Zülm odu yandırdı xəstə canımı,
Qaraltdı tüstülər xanimanımı,
O, bir ov deyildi - qan içən cəllad,
Pəri üzlü divdi, zalım pərizad,
Gözünün küfründən yüz cana afət,
Din mülkunü edər kirpiyi qarət.
Zülm ordusu ilə hücum edərkən,
Dünyanın mulküçdən qoparar şivən.
Könül xəznəsinə gözü salar şər,
Kirpiyi səbr ilə əqli süpürər.
Salıbdır aləmə hər yanda qovğa,
Tənkə gəlmiş onun əlindən düiya,
Firəng-pər də edib zülmdən fəğan,
Zülmü olub Çində, Xətadə əyan.
Şəfəq rəngli meyə o, əl uzatdı,
Günəşin çamını alıb boşaltdı.
O, ellər qətlinə olmuşdu mayil,
Əçəl tiği kəfən eylər həmayil.
O yel yerişilə bağlayarsa bel,
Fələyin çelündə əsdirər min yel.
Ərkövün gözəldir, əql huş alar,
Bir az o pərinin dəliliyi var.
Eşqi mən yazığı, ildırım sayaq,
O afət oduna yandırar ançaq.
Fələk zülm etmişdir mən mübtəlayə,
Düçar etmiş məni elə bəlayə.
Dərd ilə könlümü etmişdir məhzun,
Bu dərdi çəkməmiş aləmdə Məcnun.
Könlümü uçurdu möhnət quşları,
Yağar üstümüzə tə'nə daşları.
Sevda çəkmiş məni qəm səhrasına,
Bəlalara salmış, qəm demə ona.
Nə dərdli könlümə vəsli müyəssər.
Nə ayrılıq odu söndü, müxtəsər,
Sevgi qorxuludur,təm saçar əcəl,
Bunlardan betərdir o rə'na gözəl.
Naəhl ilə dostdur, vəfasızla xoş,
Vəfalilə olur həmişə naxoş.
Göz yaşına mələk həsrətlər çəkər,
O pəri divlərçin göz yaşı tekər.
Eşqində göz yaşım gövhərlər saçar,
O daim bədgövhər ardınça qaçar.
Özü tovuzdan da gözəl bir quşdur,
Heyf ki, yoldaşı o şum bayquşdur.
Məni dərdə salan hərçayi dilbər,
Gecələr ay kimi dünyanı gəzər.
Məni dərdə, qəmə etmişdir aşiq,
Özü hər məçlisə şamtək yaraşıq.
Ulduz tək sabrimi alan məhpara,
Gecə kimi etmiş günümü qara.
İşim ki, olmuşdur müşkül bu qədər
Yəqinlik üz verdi mənə müxtəsər,
hikmətlə düşünüb tapsam bir çara,
Kərəkdir əl çəkəm çandan, aşkara.
Xoşdur eşq əhlinə verəsən könul,
Çara tap, yar akər hal ahli deyil.
Ağlımı, huşumu qəm qarət etdi,
Nakahan hatifdən bir səda yetdi:
«Ey, tə'nə küçüylə bükülən beli,
Közündən axıdan dərdü qəm seli.
Əvvəllər qələmi ələ alarkən,
Samqnı sünbülə dendərərdin sən:
Gedərdin Xızrtək gizlin zülmata,
Xalqı qərq edərdin abi-həyata.
Cənnət bəzəkli bir saray ucaltdın,
«heyrətü-l-əbrar» tək əsər yaratdın:
Sən aləmə saçdın qiymətli gövhər:
Eşitdin mələkdən min afərinlər:
Çox zəhmət sərf etdin əgərçi buna,
Ker nə xəznə tapdın, Gəlib baxsana!
Kimdir bir neçə gün zəhmət çəkərək,
Qiymətli bir xəznə tapsın sənin tək?
Onda min inci var kütn tək alışan,
İnçi deyil, bəlkə, lə'li-Bədəxşan,
Öiündə qızıldır zırnıqdan alçaq,
Yanında kümüş də bir qara torpaq.
Balıqdan aya tək işığı tutub.
Şahanə xəznəni nəqdi unudub.
Bir sənəm tapmısan kümüş bədənli,
O ki, fərq eləməz kəsəkdən lə'li.
Kah onu səslərsən: «Ey kümüş bədən!
 «Ay üzlü sərvnaz» söylərsən hərdən.
Səcdə etdin ona, haqqı itirdin,
Ahını eşqində çərxə yetirdin,
Bu dünyada səni o eyləmiş zar,
Qiyamətdə edər dərdə kiriftar,
Dinin, dünyan olub cəhalətdə heç,
Cahillik eyləmə, kəl cəhlidən keç!
Bütü burax, iman xəzinəsi tap!
Cəhli burax, ürfan xəzinəsi tap!
Bütü qırıb, küfrü sovursan axir
Müsəlman olarsan, olsan da kafir,
Viranəliklərə qədəmini at,
Yeni bir xəznəyçin əlini uzat.
Qazımağa başla yeni bir mə'dən,
Naqdını bağışla dostlarına sən.
Mə'dəni tapmağı kim etsə peşə,
Əlində kəzdirər dağyaran tişə.
Mə'dən qazımağa kər etsən rəğbət,
Olaroan Fərhadla yaxşı həmoöhbət.
Bu mə'dən eşqində daş çapsan, tişən
Kütləşsə Fərhadın daşına çək sən.
Durub Fərhad ilə verin əl-ələ,
Qart daşlar canına salın zəlzələ.
Bu işdə nə danış, nə bir ləhzə dur.
Mətanət üstündə mətanəti qur.
Çox əziyyət çəkib öldüsə Fərhad,
Sənə xəznə vermiş tanrı, kör ol şad.
Tapdın bu xəznədən gözəl məişət,
Çəkmə sən Fərhad tək dünyada zillət.
Fərhadın işini kəl eylə şirin,
Tapasan dünyada bir elə Şirin.
Gözəlin Şirinlə kər olsa həmdəm,
Onda şirinliyi heç olarmı kəm?
Könlünü ovlayan o xəznə yenə,
Mə'na xəzinəsi bəxş etdi sənə,
Tapdın o xəznənin beşdə birini,
İkinci xəznənin kör tədbirini.
Səndən tələb gərək, bizdən hidayət,
Səndən gədalıqdır, bizdan inayət».
Elə ki, hatifdən bunu eşitdim
Özümdən özkə cür oldu ümidim.
Sevda fitvasını eyləyib kənar,
Pirin dərkahına üz qoydum ağlar,
Ağlaya-ağlaya düşdüm torpağa,
Nurlandı gözlərim, döndü çırağa.
Ərz edərkən, məni xəcalət aldı,
Cəlalı canıma titrətmə saldı.
O, dünya günəşi torpaqda mənim,
Gördü, civə kimi əsir bədənim,
Gülüb səhər kimi şəfəq gestərdi,
Qəmimin şamını sübhə döndərdi.
Dedi: «halın nədir, bir-bir seylə sən?»
Cavab aldı hər bir suala məndən.
O mənim halıma olanda vaqif,
Özü oldu mənə ikinçi hatif.
Birinci hatif nə hökm etdi durdu, -
İkinci hatif də onu buyurdu.
Onun iak nəfəsi xoş gəldi mənə
Xeyirlər, dualar istədim yenə.
Söylərkən İsatək, o öz kəlamin,
Duasına dedi mələklər amin.
İçabət özüydü, deyildi dua,
Duaydı, icabət qarışmış ona.
Elə ki, o, dövlət nişanı saçdı,
Mə'na qapısını üzümə açdı.
O bəhrəli bulud, qara torpağa
Başladı inçilə dürr yağdırmağa,
O qədər yağdı ki, dənizlə, mə'dən
Tutmadı bunları, keçdi fələkdən.
Mən bir torpaq ikən göylərə yetdim,
Yer öpüb, oradan evimə getdim.
Saqi, qədəh gətir xəlvətdə bir dəm,
Cəld ol, qapını da tez bağla möhkəm,
Camidən almışıq arzunu, kamı,
Onun xatirinə ver bizə camı,
İçək, göy altında torpaq olmadan,
Cənnətdə bir quru budaq olmadan.