Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın İsgəndər tilsimini açması və gəlib Sokratın yanına çıxması

Fərhadın İsgəndər tilsimini açması və gəlib Sokratın yanına çıxması
Müəllif: Əlişir Nəvai
Mənbə:


Dağa sübh Sokratı çıxdığı zaman
Onun şö'ləsindən nurlandı çahan.
Onun alətləri: göy vərəqləri,
Günəş dairəsi, üstürlab yeri.
Şahzadə tanrıya dualar etdi.
Minib öz atını sür'ətlə getdi.
Tərəddüd etmədən o dağa vardı
O dağda Sokratın kahası vardı.
Xaqanla baş vəzir sürüb atları
Yol getdilər həmin bu səmtə sarı.
Çalınmadı yürüş şeypuru bir an,
Əskər tərpənmədən çeşmə başından.
Bir-iki min nəfər yaxın ə'yanı.
Yalnız təҮib etdi yolda xaqanı
Fərhadın dalınça sürüb çaparaq,
Biyabanlar keçib, aşdılar çox dağ.
Fərhadla bir yerdə oldular həmrah.
Keçdilər çöllərdən ə'yan ilə şah.
Bir dağ ətəyinə çatdılar belə,
həkimin olduğu tənha mənzilə.
Gördülər burda var çıxılmaz bir dağ
Yer onun yanında bir ovuc torpaq,
Müştəriyə dəyir bu dağın başı,
Fələyin camını qırdı hər daşı.
Ağac kelkə salır fələk qəsrinə,
Köy budağı ondan alçaqdır yenə.
Uca asimanı başı deşərək,
Çıxmış ordan çölə dəvə beli tək,
Asimanı deşib keçən həmin dağ,
Fələk dəvəsinin donqarıdır bax.
Bu dağ bir cahandır, o tay bu tayda,
hamarlanmaq üçün hərlənir ayda.
Qar ki ağararaq, üzündə durmuş,
Şirmayıdır ona nəqşlər vurmuş.
Cüdi ulduzunu aşıb zirvəsi,
Əsəd bürcünə də düşüb kölkəsi.
Onda yüz minlərlə qaynayır bulaq,
Onlardan biri də günəşdir, parlaq.
Min cürə otu var, hər biri məlhəm.
Əlacsız dərdlərin dərmanıdır həm.
hündürlüyü doqquz göyə bərabər,
'Devrəsi də iki bu cahan qədər.
Saysız mağaralar var ki, onda, bil
Kirə bilməz ora nə hiss, nə əqil.
Mağaranın yoxdur başı, ayağı,
Nə ucu var onun, nə də bucağı,
Qaranlıq hakimdir mağaralarda.
Sönür günəşin də çırağı burda.
Bura parlaq ay da kirərsə Əgər,
Qaralıb zülmətdən qatrana dönər.
Böyləcə zülmətli hər bir məğarə,
Zülmət içindəydi həm dağ, həm dərə.
Bu yerdən •baş alır yüz qanlı dərya,
Bu dağda minlərcə vardı əjdaha.
Yetişib bu dağa şahzadə və şah
Oldular buranın halından akah.
heyrətdən lal oldu görüncə xaqan,
Belə şey körməmiş çünki heç zaman.
Lakin, verdi ona şahzadə ürək,
Şaha və əskərə cür'ət verərək,
Dedi:-«hazır olsun Cəmşidin camı,
Qoy azad eyləsin qəmdən adamı».
Bircə an içində gəldi ələ cam,
1 Qılsın bu müşkülə bəlkə sərəncam.
Salınca bu cama şahzadə nəzər,
Cahan timsalını gördü sərasər.
hara baxsa aydın göründü közə,
Bütün ölkələr də parlaq və təzə.
Bütün yer üzünü edərək təslim,
Ayırdı sonradan o yeddi iqlim.
Parlaq elkələrə o köz yumaraq,
Tək yunan mülkünü axtardı ancaq.
Kez əskəri kəzdi hər bir bucağı,
Axırda közüylə tutdu o dağı.
Kerüb gözlərilə dağın halını,
Bildi hər kahanın o əhvalını.
haman bu kahanı tapdı nəhayət,
Sokrat da burada olmuşdu rahət.
Yarın dodağına yol tapan kimi,
Tapdı mağaranın Fərhad səmtini.
Dedi: - «Kirin camı alaraq ələ,
Məş'əl tək nur saçar cam bu mənzilə».
Kirincə içəri əlində bu cam.
Kündüzə çevrildi gecə də tamam.
Cam nurə qərq etdi hər yanı əvvəl,
Elə bil yanırdı gecədə məiQəl.
Kəzdilər kahada dəhşət içində,
İskəndər sayağı zülmət içində.
Xızr vermiş idi bu yolu nişan.
Dirilik suyu da tapıldı burdan.
O yerin nişanı mə'lumdu indi,
Sokrat kizlənən yer artıq bilindi.
Axır Gəlib çatdı bu yolun sonu,
Gecənin bitməsi göstərdi bunu.
Düşdülər atlardan olub piyadə
Yola rəvan oldu şahla şahzadə
Bu işin axırı görünən zaman
Orda peyda oldu bir daş pilləkan.
Bir şah, bir şahzadə-Ou iki nəfər,
Onlarla baş vəzir getdi bərabər.
Beş-altı pilləni çıxınca ordan,
Göründü qarşıda böyük bir eyvan.
Getdikdə o səmtə şahzadə və şah,
Kerdülər o yerdə gözəl bir dərkah.
Tutdular dərkahın yanında aram,
Nur saçdı, dünyanı timsal edən cam.
O müqəddəs evdən bir səda gəldi,
Onları çağıran bir nida gəldi.
Girdilər içəri qəlblərdə təlaş,
Sanki qəlb evinə fikir vurdu baş.
Mənzilin içində gördülər ziya,
Bir bolluq evinə düşdülər kuya.
Bu yer kirdələnmiş bir günəş kimi,
Ona şahid idi çərxin həkimi.
Təmiz ruhu etmiş cismində zühur,
Şəxsində mücərrəd əqli görünür.
Ətəyini dağ tək çəkib çahandan,
Tağ tək tərpənmirdi, o, bu məkandan.
Saflığı lə'l tək təmiz aşikar,
Lə'l üzrə qranit ondakı paltar.
Qranit içində onun cahanı.
Cahan cismindədir ya təmiz çanı.
Cahan nədir, tamam bu ali insan
Çox-çox yüksək idi bizim dünyadan.
Onun qəlbi-geniş, aydın bir dəniz
Onda hər şey safdır, hər şey ləkəsiz
B-əslər sədəf kimi içivdə saf dürr.
Orda yüz min ulduz gözə görünmür.
Үzü ilahi nur ayinəsidir.
O tanrı sirrini anlamış bir-bir.
Vücudundan düşən hər damla təri,
Ulduz tək nur saçıb parladır yeri.
Onun kahasında aciz hörümçək,
Үstürlab tək ölçür cahanı gerçək.
Cismi sabit, ruhu asiman təkin,
Kəzir, hərəkəti deyildir mümkün.
Onun varlığındam yağır mərhəmət
Alnında alimlik görünür fəqət.
Görüncə bu ali kamallı əri,
Onlar diz çökərək epdülər yeri.
Görüncə bir taqət qalmadı təndə.
Үrək yarpaq kimi əsdi bədəndə.
Kizlin xəznələri qoruyan dərhal,
Kez açıb onlara verdi bir sual:
«Bu qorxulu yerdən necə keçdiniz,
Bu zəhmətdən sonra necəsiniz siz?»
Onlar baş əyərək sakit qaldılar,
Bir söz demədilər, sanki laldılar.
Dedi xaqana:-«Sən çəkdin çox möhnət,
Tanrı əvəzini köndərər əlbət...
Çox bəlalar çəkib kəlmisən bizə,
Xeyli sərvət düşmüş, əllərinizə.
Sizə qismət oldu ən sonda ancaq,
Süleyman üzüyü, Cəmşid camı bax.
İki müjdə daha verəcəyik biz,
İki qiymətli şey həm də misilsiz,
Bu iki müjdənin birisi xəbər,
Dikəri olacaq qiymətli gövhər.
Xəbər budur: ömrün uzun olacaq!
Ölkələrin varı sənindir ancaq
Bütün əcdadına salsan bir nəzər
Yaşayan tapmazsan orda sən qədər.
O biri töhfədir bir kiçicik daş:
Sən ömür sürərsən dünyada yüz yaş.
Qocalıq susdaltsa səni cahanda,
Bu daşı ağzına alan zamanda,
hərləyib udaroan tüpürcəyini,
Sağalıb olarsan sağlam və yeni.
Qocalıqdan səndə qalmaz bir əsər,
Qoçalığı kənclik tez əvəz edər».
Sonra Mülk-aranı təbrik elədi:
Ona üz tutaraq belə söylədi:
«Sən ki, keçirmisən bunca dərdü qəm,
Bu möhnətYoluna qoymusan qədəm,
hansı bir şah alsa bu taxtı, haçaq,
Sən olarsan daim vəziri ancaq.
Sənə də bu daşdan verərəm ki, mən,
Zəiflik üz versə qəbul edərsən,
Lakin qarşınızda var bir fəlakət
Bundan.qorunmanız lazımdır əlbət...
hər iki ünsürdən alınar ki, bu
Birisi küləkdir, o biri də su.
Sizə üz verəcək min bəla, möhnət,
Tanrı, qurtuluş da verəcək fəqət.
Ömür bu yollardan ötdüyü zaman
Təxminən beş yüz il keçəcək inan».
həkim? bu müjdəni bəyan eylədi,
hörmətlə Fərhada belə söylədi:
«Ey cavan şahzadə yaxın kəl mənə!»
Onu vaqif etdi bütün sirrinə.
Kez açıb seyr etdi kül cəmalını,
Sordu nəvazişlə hər əhvalını...
Əyilib önündə yer öpdü Fərhad,
həkimsə eylədi bir nitq irad:
-«Ey bütün varlığı dərdü qəm olan!
Əzəldən eşqdir qismətin, inan...
Xoş gəldin ey cavan, səfa kotirdin.
Ş
Qaranlıq evimə ziya gətirdin...
Sənin vüsalına çəkib intizar,
Yaşaram dağlarda, budur min il var,
Səni gördü közüm şükür tanrıya!
Səni tapdım özüm, şükür tanrıya.
Vaxtım azdır, indi məni dinlə bir.
Əbədiyyət evi məni közləyir.
Bil ki, əmanətdir gördüyün cahan.
həqiqət əhlinə zindandır, zindan...
İskəndər mülkünü tapsan da onda,
Uzun emür sürsən Nuh tək cahanda,
Əzəl-axır bir gün kedəcəksən bil,
Sərvət də, ömür də əbədi deyil.
Tanrı xəlq eylədi insanı fəqət
Onun varlığına qoydu bir məqsəd:
haqqın hər əmrinə tabe olaraq,
İnsan bu dünyada yaşasın ancaq,
Madam ki, həqiqi sevgili odur,
Ona tərəf ketmək daha xoş olur.
Məqsədindirsə kər onunla vüsal,
Əbədiyyətdədir daimi iqbal.
Bil ki, çox yüksəkdir ancaq o dövlə!,
Ona çatmaq kücdür, çətindir əlbət...
Bu yolda çox kədər, çox qəm olacaq,
İki addımsa da uzundur ancaq.
O iki addımçın gərəkdir min il,
Kedə bilməz insan o yolları bil.
Geqməkçin gərəkdir olasan fani.
Bu yolla taparoan sən o nişanı.
Özün unutmayan heç ona yetməz,
Dürr tapmaz dənizə kirməyən bir kəs.
Dəryaya baş vuran dürrlər tapar.
«Mən»dən qurtarmanın birqaə yolu var.
Yalnız bu yol ilə qurtarar insan.
Ancaq məcazidir bu yol da inan.
Kim qəm axşamına oldu vəfadar,
Ona sübh açılıb sonra gün doğar.
Məcazi eşq yanır üfüqdə səhər,
həqiqi eşq ona xurşidi-xavər.
Eşqi-məcazinin ahı, fəğanı,
Bir çöpə döndərər aşiq olanı.
hərarət çatınca bu çöpə bir gün
Atəşin içində yanar büsbütün.
Əbədi sevginin şimşəyi belə,
Qığılcımla onu dendərər külə,
Olacaq məcazi eşq nəsib sənə.
Çox bəla körəcək vücudun yenə.
Salıb sorağını bütün cahana,
Yetirər sevdanı ta asimana.
Eşqin odu qılar aləmi rövşən;
Tək aləmi deyil göyləri birdən.
Eşqin qəmi tutar bütün cahanı,
Tək cahanı deyil, bu asimanı.
harada bir aşiq tapılsa ancaq
Közünə nur olar basdığın torpaq.
Fəryadın doqquz qat göyləri aşar,
Sözün yeddi ölkə kəzib, dolaşar.
Yığılsa eşq əhli toşunla ə'yan,
Bil ki, hamısına olarsan xaqan.
Məcazi eşqdən yansa da çanın,
Oel olub ketsə də bu xanimanın,
Əsərsə həqiqi eşqin nəsimi,
O çatarsa sənə bir qaxu kimi,
Mə'şuqə səninlə həmsöhbət olar.
Məcazi eşq də həqiqət olar.
O zaman bixudluq çıxıb zahirə,
Eşqin Gəlib çıxar artıq son yerə.
0 bəqa mülkündə olub qəhrəman,
həqiqət taxtında şahlıq taparsan.
Atan kimi yüz min xaqan, ya qeysər
Dünyada bir iz də qoymadan kedər.
İnan ki, yaşayar cahanda yadın.
Eşqin yollarında şərəfli adın».
Söyləyib bunları dedi bir dua
«Çıxarsa qarşına möhnətlə bəla,
Tezca bu duanı oxuyub da san,
Qurtararsan gələn ağır bəladən.
Kəlişinə səbəb ey cavan ikid
Küzkü əhvalatı, belədir, eşit:
İskəndər tilsimin qırdığın anda.
Dəmir vücuda ox atan zamanda,
Oxun dəydi onun ayinəsinə,
Batdı o yerdəcə tez sinəsinə.
O səni ağladan ayna boş deyil.
Ox sındırmış onun tilsimini bil.
Burdan qayıdarkən Çin ölkəsinə
0 küzküyə baxmaq istəsən yenə,
Nə ki, arxasında çəkmişdi rəssam,
Görünər közünə üzündə tamam,
Körcək eşq oduyla ürəyin yanar.
Sənin məhəbbətin belə başlanar.
Körməzsən bir daha baxacaq olsan,
Çox dolaşıq düşər kələfin inan.
Taleyin əlindən kim qaça bilir?
Aqillər tapmazlar işinə tədbir.
Olar əvvəlkindən əhvalın betər.
Qəlbinin fəryadı göylərə yetər.
Yenilməyən bir eşq çəkib qoşunu
Kirərək qəlbinə, fəth edər onu.
Olarsa bir nəfəs o sənə əyan,
Yaxşıdır min illik şahlıqdan inan.
Mən də vidalaşıb səninlə bütün,
Murada çatmağı dilərəm bu gün.
Eşq tüğyan edib, hücum çəkəndə
Yadına düşərəm hərdənbir mən də.»
Bununla qurtardı həkim sözünü,
Sonra yavaş-yavaş yumdu közünü.
həkim, Süheyla tək yola düzəldi.
Fərhad bu rehlətdən fəğanə gəldi.
O, qəmlər içində gördü bu halı.
Ağladı, sonsuzdu onun məlalı.
Çox ağlayıb tutdu qəlbində matəm,
Onun əhvalına, öz halına həm.
Çağırdı gəldilər vəzirlə xaqan,
Vəziyyəti belə seyr edən zaman,
Onlar itirdilər tez özlərini.
Eşitdilər, onun son sözlərini.
Yığılıb bir ieçə ağıllı adam,
həkimin işinə verdi sərəncam.
Qismətinə düşən yeri qazdılar,
Dağın ətəyinə çəkdilər hasar.
Bu mənzili tikib qurtaran zaman,
Keçməyə yollandı onlar durmadan.
Yetişdi qoşuna xaqanla Fərhad.
Nə bİri qəmkindir, nə dikəri şad.
Kün Sokratı yerdə salanda məskən,
Gecənin loğmanı başladı şivən...
Keydirib göylərə bir qara libas,
Köz yaşı tökərək saxladılar yas.
Tutdular bu gecə torpağa matəm,
Çin fikri bu dərdi dağıtdı birdəm.
O gecə qonaqlıq etdilər naçar,
Acı içdilər ki, itsin acılar.
Saqi, hikmət göstər, külkün şərab ver!
Tünd mey gətir, durma, dərdimə tab ver!
Qədəhin çeşməsi qaynasın, burax!
Bir ləhzə dinclik ver könlümə ancaq!