Görəsən bu nazlı Nigara, neynəmişəm ki?

Görəsən bu nazlı Nigara, neynəmişəm ki!? (1997)
Müəllif: RAUF CAVAD

Qırılıb qəlbi olub yara, neynəmişəm ki!?
Küsüb məndən, bilmirəm yara neynəmişəm ki?!

Gecədən səhərə kimi fikir eyləmişəm,
Görəsən bu nazlı Nigara, neynəmişəm ki!?

Qaş-gözün naz əzir fəqət məndən uzaq gəzir,
Niyə gəlmir, bu Yaz-Bahara neynəmişəm ki?!

Gəl könlü qəm etmə yar, onsuzda dərdi-qübar,
Rövşən Qəmlinin qanı qara, neynəmişəm ki!?

Deyirlər yazın yerinə yay, payız gələcək,
Qış gəldi, göz bulandı qara, neynəmişəm ki?!

Bir Zaman can saz idi, sevdiyim Canan idi,
Sonra düşdü sevda azara, neynəmişəm ki!?

Kef əhli üçün qurulub məclisi meyxanə,
Mən qəlbi qəmxanə, Əlyara neynəmişəm ki?!

Ürəyimdə dərd sızıldar, can da ağrar, ağlar,
Kaş bilsən dən düşüb saçlara, neynəmişəm ki!?

Gəl ver içəm eşq şərabından ölüm şərbətin,
Ol su bu susuz dodağlara, neynəmişəm ki?!

Rauf, bu nə bəla, suala cavab gəlmədi,
Bəlkə yar küsüb suallara?! Neynəmişəm ki!?