Görəydim (Aşıq Bəsti)
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görəydim (Aşıq Bəsti) Müəllif: Aşıq Bəsti |
Mənbə: Aşıq Bəsti (2013). Bənövşələr (az). Gəncə. Orijinal mənbədən 2018-09-14 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-14. |
Dağlarda lalə, nərgizi,
Gülləri dəstə, görəydim.
Yasəməni, qızılgülü,
Dərəydim, dosta verəydim.
Gül dərməsin, a yağımı,
Çəkər piltə, a yağımı.
O yağının ayağımı,
Məzarı üstə görəydim.
Yoxdur, Xançobanım hanı?
Uçub dağların bir yanı.
Bəsti, səni ağladanı,
Şivəndə, yasda görəydim.