Gözlərim bəs ki tökər hicrin ilə qan, sənsiz

Gözlərim bəs ki tökər hicrin ilə qan, sənsiz
Müəllif: Molla Məhəmməd Zövi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Gözlərim bəs ki tökər hicrin ilə qan, sənsiz,
Qandan axır salacaq aləmə tufan sənsiz.

Xari-matəmgədədir çeşmimə, billah əgər,
Eyləsəm gəşti-gülü seyri-gülüstan sənsiz.

Qıl tərəhhüm, elə bir tiğ ilə sədparə məni,
Nəyə lazımdı sərü cismü dilü can sənsiz.

Gəlməyir çeşminə xəlqin gecələr hiç yuxu,
Bəs ki ey məh, qılıram naləvü əfqan sənsiz.

Gər yolun düşsə səba, Ağdaşa, məndən sölə kim.
Verdi can möhnət ilə Zöviyi-nalan sənsiz.