Həsbi-hal (5) (H.Cavid)

Həsbi-hal (5) (1910)
Müəllif: Hüseyn Cavid
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


Şimdi üçüncü qısma gələlim. Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar olan gənclərdir” demişdik. Bunların – bu müəllimlərin bir payı ibtidai türkcə, rusca təhsil görüb bir fəaliyyəticavanmərdanə ilə çalışanlardır ki, sayları pək az, xidmətləri isə pək çoqdur. Bir payı da vaqtilə yalnız mədrəsələrdə uğraşıb yorulmuş əfəndilərdir ki, şimdi işin mahiyyətini anlayıb candan, yürəkdən, gecəligündüzlü çalışıb iləriləmək istiyorlar. Bir tərəfdən türkcə tarixə, ədəbiyyata, lisanə diqqət edib, bir tərəfdən də xüsusi olaraq az-çoq ruscaya həvəs ediyorlar. Onların bu dürlü açıqgöz olmaları ciddən şayani-təqdirdir. Fəqət bunlardan bir taqım gənc xocacıqlar da var ki, yaşadığı əsrin mədəniyyətini bilməyərək, yaxud bilmək istəməyərək, azacıq e’tinasız kibi görünüyorlar. Fəqət onlar da işin əhəmiyyətini biləcəklər. Lakin az deyil, pək çoq peşimançılıq çəkəcəklərdir. Maarifpərvər zatların borcudur ki, hər yerdə onları şirin dil ilə, məhəbbət ilə çalışıb iləriləməyə təşviq etsinlər. Təşviq etsinlər də həmonları, həm də kəndilərini qayeyiməqsədə nail etsinlər, edə bilsinlər. Məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi bir təcəlligahıdır. Məhəbbət anlı-şanlı ordulardan, vulkanlı toplardan daha ziyadə qələbə və müvəffəqiyyət ehraz edə bilir. Qafqasyanın bə’zi yerlərində, daha doğrusu hər yerində az-çoq bir münazieyi- şəxsiyyə cərəyan etməkdədir. Bu münaziəyə yol açan da bir taqım xüsusi məhəbbətsizlikdən başqa bir şey deyildir. Bir mühafizəkar bir təcəddüdpərvəri, açıqgöz bir gənci uzaqdan görüncə, yaxud ona aid bir söz eşidincə dərhal sinirləri (ə’sabı) oynamağa başlar. Görməyə gözü olmaz, lakin haqqı da var... Yeniyetmə bir gənc, yaxud tərəfdari-təcəddüd bir əfəndi də mühafizəkara, əski fikirli bir xocacığa təsadüf edərsə, əsla ona yaqınlaşmaq istəməz. Yaqınlaşsa da müstəhziyanə suallar ilə zavallıyı xırpalamaq, qızartmaq istər. Əvvəlki quşqulanmasında, yaqın durmamasında, nifrət və məhəbbətsizlik etməsində ikinciyə nisbətən azacıq haqlıdır. Çünki həqiqətdən uzaqdır. Həqiqi elm, fəzilət nə olduğunu eyicə kəsdirəmiyor. Onun için də bu tərəfə məhəbbətsizlik göstəriyor. Fəqət ikincilər, yə’ni münəvvərəlfikr olanlar isə, bir çoq nöqteyinəzərdən yanlışdırlar. Və sataşmaq, təkdir etmək kibi bir taqım hərəkətlərindən məs’uldurlar. Zira aldıqları vəziyyət əksəriyyətlə onları islah edəməyib ədavətlə qarışıq bə’zi darğınlıqlara yol açır. Şimdi bu iki qüvvət uzaqdan bir-birinə yan baqarsa, biri havaya, biri suya çəkmək istərsə arabanın (məqsədin) olduğu yerdə qalacağına şübhə edilməməlidir. Yaxud bir araya gəlib də bir-birinə yaqlaşmaq istərsə və yaqlaşıryaqlaşmaz bir şiddəti-mexanikiyyə ilə çarpışır isə – tə’sir-əks tə’sir qanununca hər ikisi zəhmət duyar. Hər ikisi zərərdidə olur. Hər ikisi şiddəti-müsadimə ilə geri fırlayıb ayrı, qeyri yaşamağa, küsgün bir vəziyyət almağa məcbur olur. Bu vəziyyət isə büsbütün tərəqiyyatimədəniyyətimizə mane olub daima ənvari-həqiqətə qarşı bir zülmətitəhəmmülgüdaz hazırlanmış olur. Bir də təfsilə nə hacət... Pisliyi qurcalamaq, qarışdırmaq, xasseyişaməyi incitməkdən başqa bir şeyə yaramaz ki! Mədəniyyətdən məqsəd rifahiyyət və səadətə nail olmaq isə, təbii, onu hər kəs alqışlar, hər kəs sevər, hər kəs istər. Bir mədrəsənişin tələbə, bir gənc xoca ki, yeni-yeni xocalığa hazırlanıyor, şübhəsiz ki, məs’ud yaşamaq için sairlərdən daha ziyadə daireyi-mədəniyyətə girmək istər. Xar və zəbun qalmaq istəməz. Daha açıq tə’bir ilə – onlar Molla Nəsrəddinin “tavlamıxda bağlanıb qalmış buzovuna bənzər”, mıxdan açılınca dört əlli, dört ayaqlı qaçmaq istərlər. Onları həyati-mədəniyyəyə alışdırmaq için beş-altı aylıq rəhbərlik kifayət edər. Lakin şu rəhbərlikdə mülayimət və məhəbbətdən əsla uzaq bulunmamalıdır. Onları inadla, məzəmmət ilə deyil, qardaş kibi sevə-sevə daireyi-ittihada çağırmalıdır. Mümkün dərəcədə hər şəhərdə, hər qəsəbədə bir qaç ə’zadan mürəkkəb bir cəmiyyət təşkil edilməlidir. Bə’zi şəhərlərimizdə olan nəşri-maarif cəmiyyətləri kibi vaqt qaib etmədən qəflət, cəhalət uçurumlarında yuvarlanan o biçarələri müəllimliyə təşviq etməli, çalışdırmalı, bə’zi ufaq-təfək məsarifi dəröhdə etməlidir. Müxtəsərcə qiraət, hesab, türk tarixi, islam tarixi, coğrafiya, qəvaidi-lisan kibi bir taqım mühüm, fəqət qolay şeyləri az bir zamanda öyrədib pərvaz eyləməlidir. Keçən həftələrdə Ə.T. əfəndilərinin bu məsələyə dair yürütdükləri mütaliəyi hər kəs oquyub, görmüşdür. Onun için pək də təfsilə hacət yoq zənn edərim. Fəqət burasını bilməli ki, bu hal inqilabi bir haldır. Bu üsul dəvam etsə-etsə ancaq iki- üç sənə dəvam edə bilir. Pək ziyadə uzanması arzu ediləcək dərəcədə fayda verməz, çünki bu qısım müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri yarım-yamalaq idarə edə bilir, çocuğu az-çoq qiraət, kitabət, tarix, lisan... və sairə kibi şeylər ilə müstəfid edərsə də, fəqət bir çoq nöqteyi-nəzərdən nəticə qüsurlu çıqa bilir. Beş aylıq təcəddüd, iyirmi beş illik mevhumat ilə paslanmış dimağları (beyinləri) hiç də silib təmizləyəməz. Bəhərhal əski küp yenə az-çoq sızmağa başlar. İcab edən fəzali- əxlaqiyyəyi, hissiyyatimilliyyəyi tələbəyə təlqin edəməyib, xoş bir qayəyə varamazlar. Çünki o kibi fəzilətlər tədrici təkamül bir təhsilə möhtacdır. Sür’ətlə alovlanan hər şey, hər əməl, hər duyğu səbat göstərməzsə pək çabuq sönər, yaşayamaz, sür’ətlə münqəriz olur, yarım-yırtıq, qırıq-tökük işlər daima nəticəsiz qalır. Təcrübəkar müəllimlərə, həqiqətaşina xocalara malik olmaq için er-gec iki böyük müəssisəyə ehtiyacımız var ki, biri milli bir darülmüəllimin, digər də ruhani bir darülelmdən ibarətdir. Bu xüsusda fəzilətpərvər şeyxülislam həzrətlərinin keçənlərdə “Həqiqət”də bir məqalələri də var idi. O məqalə, Qafqasyada ciddi və həqiqi bir darülelm tə’sisini tövsiyə ediyordu. Və orada tə’qib ediləcək proqramı da ayrıca göstəriyordu. Məzkur proqramı bəyənənlər pək çoq oldu. Fəqət öylə bir mütaliəyi-haq bəyanına tə’qib edilmədi. Cavabsız qaldı, əqim qaldı, nəticəsiz qaldı... Bəli, bin dürlü hava və həvəsə qarşı pərəstiş edən milyonlar, bir çoq rəzilanə, səfilanə işlərdə kül olub gedən altınlar, öylə bir nidayihəqiqətə qarşı susdu, qaldı. Səs vermədi, lal oldu. İllərcə ərz olunduğu kibi hər şey öz yerində, öz vaqtında yapılacaq. Qış keçib gedəcək, yüzü qaralıq kömürə qalacaqdır. Lakin anlaşıldığına görə bu iki darülelm, şimdilik ayrı-ayrı açılamıyacaq. Camaatda az-çoq həvəs varsa da para (?) cənabları pək də aldırmıyor, müsaidə etmiyor, daha doğrusu, məsləhət görmüyor. Zatən Ərdəbil dəlləkləri baş ucunda hazır; kəndini zəhmətə, məşəqqətə, məsrəfə soqmaq fəzlə deyilmi ya? Bununla bərabər hər halda bizim için alim və müəllim yetişdirəcək müntəzəm və mürəttəb bir müəssisə lazımdır. Azacıq himmət, qeyrət edilərsə bu iki arzunu bir nöqtədə birləşdirərik. İki bostanı bir ırmaqdan sirab edə bilərik. Müntəzəm bir darülmüəllimin tə’sis edilsə müəllim qıtlığı çəkməkdən qurtularıq. Sınıflar tə’qib edildikcə edilir. Səkiz-doquz sənə dərsə dəvam olunur. Müəllimliyə istihqaq qazanıldığı təqdirdə tə’lim və tədrisə həvəskar olanlar müəllimliyinə gedər. Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca darülmüəllimin proqramına ilavə olunmuş, ilahiyyat şö’bəsinə dəvam edər. Dünya və axirət elmlərini mükəmməlcə təhsil etmiş olur. Və həqiqi, mühakiməli, doğru bir mə’lumata malik olunur. İştə o zaman haqqilə alim adına layiq alimlər görərik. Və müəllim qıtlığı çəkməkdən də azad olarıq.

QeydlərRedaktə