I Şah İsmayılın Musa Durğut oğluna Fərmanı

I Şah İsmayılın Musa Durğut oğluna Fərmanı
Müəllif: I Şah İsmayıl
Mənbə: Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan, səh. 235


Bismilləhir-rahmənir-rahim
Əbülmüzəffər İsmayıl Bahadur
Sözümüz
Əmiri-əzəmi-əkrəm Musa Durğut oğlı inayət və şəfqətimizə ümidvar oləndən sonra şöylə bilsün kim, iftixaür ül-əazim vələyan Əhməd Ağa Qəramanlu ol tərəfə göndərdük və ol hər nə ki ixtiyarliğini kendünə şəfqət etdük. Gərək kim müşarinileyh sözündən və məsləhətindən çıxməsün və mütabiət və yardım ona qılsun kim, inşaAllahi-Təala hər nə kim onun müradi və istəki olsə, hasildir. Gündəngünə nə iş vaqe bulsa, Əhməd Ağa ittifaqi ilə dərgahi-müəllamizə bildürsünlər kim, hər növ buyuruğımız olsə, əməl etsün, gönlünü xoş tutub, mərhəmətimizə isdar olsun.
Təhrirən 7 rəbiüləvvəl, sənə 917 Xətm