Müsavat Partiyasının Azərbaycana köçürülməsi haqda Türkiyədə mühacirətdə olan Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanının qərarı

Müsavat Partiyasının Azərbaycana köçürülməsi haqda Türkiyədə mühacirətdə olan Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanının qərarı
Müəllif: Azərbaycan


71 il Mühacirətdəki fəaliyyətindən sonra Müsavat Partiyasının Azərbaycana qaytarılması. Buna uyğun olaraq Türkiyədəki Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanı qərara almışdır:

1. Müsavat Partiyası Başqanlıq Divanı, 10 iyul 1991-ci il tarixdə keçirmiş olduğu toplantıda 71 ildən bəri mühacirətdə fasiləsiz olaraq milli bağımsızlıq hərəkatına öndərlik edən Müsavatın 80-ci quruluş ildönümü münasibəti ilə, siyasi fəaliyyətlərinə rəsmən fəal bir surətdə Ana Vətən Azərbaycanda yenidən başlamasına və bu qayda ilə ölkədə təşkilatlanmasına qərar vermişdir.

2. Birinci maddədəki qərarın işığı altında Müsavatın Azərbaycanda rəsmən yenidən qurulması, təşkilatlanması, yayılması və Azərbaycanın siyasi həyatındakı yerini ala bilməsi istəyi ilə, siyahıda adları yazlı şəxslərin Qurucu üzvlər olaraq təsvibinə, Divanın 21 mart 1992-ci il tarixdəki 12 saylı iclasında qərar vermişdir.

3. İkinci maddədəki qərarın həyata keçirilərək, gerçəkləşə bilməsi üçün sayın Nəsib Nəsibzadəyə tam yetki verilmişdir.

4. Müsavat Partiyasının ikinci maddədə bəhs edilən siyahıdakı Qurucu üzvləri, Partiyanın yenidən quruluş tarixi olaraq 28 May 1992-ci il tarixi qəbul etmələri, siyasi görüş və Bağımsızlıq mücadiləmizin Təməl Fəsəfəsinə uyğun düşəcəkdir. Azərbaycanda "Müsavat"ın yenidən rəsmən quruluşu eyni gün həm Bakıda, həm də Ankarada keçiriləcək olan geniş bir mətbuat konfransı ilə bütün dünyaya elan ediləcəkdir.

5. Müsavat Partiyasının yenidən bərpasını təqib edən beş gün içində partiya qurucuları öz aralarında vəzifə bölgüsü apararaq, vəziyyəti, seçimi 21 gün içərisində Divana bildirəcəkdir. Bu rəsmi işlər tamamlandıqdan sonra Azərbaycan Cümhuriyyətində Müsavat Partiyası Divanının uyum içərisində təmsil etmə səlahiyyət və hüququna sahib olacaqdır. Hər cür idarə, sosial təşkilatlanma, maliyyə qaynaq təmini, sərfetmə səlahiyyətinə və bənzəri milli quruluşlarla əlaqə qurmaq səlahiyyətində olacaqdır. Ancaq xarici ilişgilərlə, milli siyasətin təsbitində Divanın görüş və tövsiyyələrinə önəm veriləcək, partiya siyasəti strategiyasının təsbit və uyğulamalarndakı istiqamət və taktikalarda Divanın təcrübələrindən yararlanacaqdır.

6. Müsavat Partiyasının III Bərpa Baş Qurultayı çağrılıncaya qədər, partiyanın yenidən bərpası ilə ilgili bütün məsələlərdə Qurucu Yönətimçilərə Partiya Divanınca səlahiyyətlər və İmza yetkisi verilmişdir.

7. Bərpa Mərkəzi və Məhəlli Təşkilatlar Partiyanın Nizamına bağlı qalacaqdır.

8. Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanı bu çətin, fəqət çətin olduğu qədər şərəfli bir vəzifədə olan bu Milli-Siyasi sorumluluğu yüklənrək, Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin Siyasi Şurasına sahib çıxan dəyərli Gənc Quruculara Təqdirini bəyan edir, bu yolda başarılı olacaqlarına inancını bildirir.

Mənbə redaktə

  • Nəsiman Yaqublu, Müsavat Partiyasının Tarixi

Xarici keçidlər redaktə