Müzakirə:Hər kəsin var kimsəsi

Ən son rəy: 3 il öncə, Araz Yaquboglu tərəfindən

Bu səhifə Hər kəsin var kimsəsi məqaləsinin müzakirə səhifəsidir.

Daxili prinsiplər


Araz Yaquboglu, bu şeir elə 1 beytdi? Axı 1 beyt şeir olmur. burada qeyd olunub ki, buna çox oxşar olan bir şeir "Avni" təxəllüsü ilə şeirlər yazan (XV əsr) Fateh Sultan Mehmetə, burada isə Abbasqulu ağa Bakıxanova aid olduğu iddia edilir. Burada isə bir nəfər bu şeirə çox oxşar bir beytlə başlayan tam/bütöv bir şeir paylaşıb. Həmçinin Rəfiq Zəkanın 24 sentyabr 1977-ci ildə yazdığı şeirdə də orta hissələrdə müzakirəsini etdiyim bu beytin ilk cümləsi (Hər kəsin var bir kəsi, mən bikəsin yox bir kəsi,) var. Burada isə Bikəsə aid olduğu iddia olunub.--samral müzakirə 06:57, 18 may 2020 (UTC)Cavabla

Samral şeir götürdüyüm kitabda o şəkildə olub deyə eləcə də yerləşdirmişəm. Kitabın müəllifi də yazıçı Anardı. İnanmıram səhv olsun. Sizin də sonuncu göstərdiyiniz linkdə qeyd edilib ki elə bircə beytdi şeir. --Araz Yaquboglu (müzakirə) 07:53, 18 may 2020 (UTC)Cavabla
Lazım olarsa şeirə bu kateqoriyanı da əlavə etmək olar (Kateqoriya:Oxşar şeirlər). --Araz Yaquboglu (müzakirə) 07:55, 18 may 2020 (UTC)Cavabla
"Hər kəsin var kimsəsi" səhifəsinə qayıt.