Mənmi qocalmışam, ya zəmanəmi

Mənmi qocalmışam, ya zəmanəmi
Müəllif: Koroğlu
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?

Tutulur məclisdə igidin yası,
Kor ömür qılmcı, polad libası.
Gəlib bic eyyamı, namərd dünyası
Mənmi qocalmışam, ya zəmanəmi?

Belə zaman hara, qoç igid hara?
Mərdləri çəkirler namərdler dara,
Baş əyir laçınlar, tərlanlar sara
Mənmi qocalmışam, ya zəmanəmi?

Axır əcəl gəldi, yetdi hay, yaray,
Çəkdiyim qovğalar bitdi hay, haray.
Tüfəng çıxdı, mərdlik getdi hay, haray
Mənmi qocalmışam, ya zəmanəmi?

Koroğluyam, Qırat üstə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim.
Nərələr çəkərdim, səflər pozardım
Mənmi qocalmışam, ya zəmanəmi?