Mərhəba, хoş gəldin, еy dildar, хoş gördük səni

Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni
Müəllif: İmadəddin Nəsimi

Mərhəba, хoş gəldin, еy dildar, хoş gördük səni,
Хoşmusan, еy bərgüzidə yar, хoş gördük səni.

Doğrusu, müştaq idik, cana, bəsi didarına,
Еy gözü nərgis, üzü gülnar, хoş gördük səni.

Gəlməyə çün afitabü gеtməyə çün mahitab,
Haliya, еy kövkəbi-səyyar, хoş gördük səni.

Müddəilər tə’n urarlar irqətindən halıma,
Bir dəхi bər kuriyi-əğyar, хoş gördük səni.

Dərdimənd olmuş idi miskin Nəsimi sənsizin,
Еy vüsalın dərdimə timar, хoş gördük səni.