Mərhəm qoyub önərmə sinəmdə qanlı dağı

Mərhəm qoyub önərmə sinəmdə qanlı dağı
Müəllif: Məhəmməd Füzuli


Mərhəm qoyub önərmə sinəmdə qanlı dağı,
Söndürmə öz əlinlə yandırdığın çirağı.

Uymuş cünynə könlüm, əbrunə der məhi-nov,
Nə etibar ona kim, seçməz qaradan ağı.

Qəddin qəmində sərvin sormağə zəfi-halın,
Gülzardən kəsilməz irmaqların ayağı.

Dür tək dişin sözünü hər dəm eşitmək istər,
Bəhrin müdam onunçün sahildədir qulağı.

Zülfü siyəh sənəmlər olmuş sənin əsirin,
Eşqində hər birinin öz zülfü boynu bağı.

Gər mişk dersə aşiq ol buyi-zülfə, saqi,
Tünd olma, bir qədəh ver tər eyləsin dəmağı.

Dövran həvadisindən yox bakimiz, Füzuli,
Darül-əmanımızdır meyxanələr bucağı.