Mənimçün
Müəllif: Mirzə Baxış Nadim

Ay ağalar, sizə tərif eyləyim,
Nə iş tutub üzü qarə Murad xan.
Tamam kəsib biçininin haqqını,
Heç verməyib sikkə, parə Murad xan.

Şəltük bəlimindən tikibdir tayə,
Eşşək kimi yüyürürdü kəpəyə.
Münasibdir bir tay qulaq köpəyə,
Qanuq olub canavara Murad xan.