Nə gözəl uymiş
Nə gözəl uymiş Müəllif: Molla Məhəmməd Səfili |
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014. |
Çıxa-çıxa çıxdım dağlar başına,
Duman dağlara nə gözəl uymiş.
Şükr elədim haxdan gələn əmirə,
İman möminlərə nə gözəl uymiş.
Dügündə-bayramda edərlər zinət,
Haqq bizə buyurdi farz ilə sünnət,
Kafirə cəhənnəm, islama cənnət,
Nalet kör şeytana nə gözəl uymiş.
Səfili der, İncil endi İsaya,
Dil verildi əlindəki əsaya,
Zəbur Davuda, Tövrat Musaya,
Quran Məhəmmədə nə gözəl uymiş.