Nə söz, keləci der isəm, dilüm səni söyləyıcək

Nə söz, keləci der isəm, dilüm səni söyləyıcək
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Nə söz, keləci der isəm, dilüm səni söyləyıcək,
Qanda yürürsəm yürürəm, sendən yana qaçar dilək.

Həqdür seni sevməzlərə cansuz surətdiir der isəm,
Anun içön canlulara sənün kibi mə’şuq gərək.

Söylədün cümlə alemə hənuz niqab içindəsin,
Bir dəm pərdəsüz yürisən iki cəhan olur həlak.

Divü pəri, insü mələk sevər səni hər məxluqat,
Heyran olub iləyündə durmuşmıdur hurü mələk?!

Nuşdur sənün əlün ile zəhri-qatil içər İsəm,
Bilməzin nə mə’nisi var, ol olur camıma tiryək.

Gər şəhdü şekkər yer isəm, sənsüz ağudur canııma,
Çün canumun sənsin dadı, qanda bulam səndən yegrək?!

Yüz bin əgər cövrü cəfa uğrar isə surətüme,
Hiç eksilməz şadılığum, cümləsİn yur seni sevmək.

Nə var əgər Yunus dəxi eşq içində zərrə isə,
Eşq adıyla qaimdürür yer ilə gög, çərxi-fələk.