Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/224-cü xütbə

223-cü xütbə Nəhcül-bəlağə. 224-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
225-ci xütbə


İmam Əli əleyhis-salamın (dilin natiq deyil nitq vasitəsi olması barəsindəki, eləcə də öz zəmanəsinin adamlarını və gələcək insanları vəsf etdiyi) kəlamlarındandır. (Əmirəl-möminin əleyhis-salam bir gün bacısı oğlu Cə’də ibn Hübeyrə Məxzumiyə camaata xütbə oxuması göstərişini verdi. Cə’də minbərə çıxanda danışa bilmədi. Sonra o Həzrət özü ayağa durub minbərə çıxdı və müfəssəl bir xütbə oxudu ki, onun bir hissəsi belədir.) Bilin, dil insanın bir parçasıdır ki, əgər şəxs aciz olsa, söz onunla yoldaşlıq etməz. Həmçinin əgər şəxs bacarıqlı olsa, söz dilə imkan verməz. Biz (Peyğəmbər Əhli-Beyti) söz şahlarıyıq (söz bizim əmrimizə tabedir) və onun kökləri bizə batıb və budaqları bizim üstümüzə sərilib (hər bir məsələni lazım olan zaman fəsahət, bəlağət və dolğunluğun son həddində bəyan edə bilirik). Allah sizi bağışlasın, bilin, siz elə bir zamanda yaşayırsınız ki, onda haqq danışan az, dil doğruçuluqda süst və haqqı axtaran xardır. İnsanlar (Allah və Peyğəmbərə) itaətsizliyə hazırlaşıblar və (nəfsi istəklərə tabe olmaq üçün) bir-birləri ilə uyuşmaqda yoldaşlıq edərək birləşiblər. Cavanları pis xasiyyətli, qocaları günahkar, alimləri ikiüzlü və danışanları yaltaqdır. Kiçikləri böyüklərinə hörmət qoymur və varlıları yoxsullarına əl tutmur.