Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/57-ci xütbə

56-cı xütbə Nəhcül-bəlağə. 57-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
58-ci xütbə


İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinə buyurduğu kəlamlarındandır: Üzünüzə çınqılları tərpədən küləklər əssin (İlahi əzaba tuş gəlin), sizlərdən xurma ağacını buduyan (ya söz danışan, yaxud tərpənən) bir nəfər belə qalmasın. (Xülasə, nəsliniz kəsilsin) Allaha iman gətirdikdən, Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə (döyüşlərdə) cihaddan sonra öz küfrümə, səhvimə şəhadət verim? Belə olan surətdə (öz səhvimi etiraf etməklə) yolumu azaraq, doğru yoldan kənara addım atmış olaram. Qədəm qoyduğunuz ən pis yoldan dönün. (Bu batil yolunuzdan geri dönərək bir daha bu çirkin sözləri dilinizə almayın) və öz ayağınızın yerinə qayıdın (tərk etdiyiniz yola qayıdın və haqqa itaət edin). Bilin ki, məndən az sonra böyük rəzillik və zillətlə üzləşəcək, doğrayan qılınca tuş gələcəksiniz. Mallarınızı zülmkarlar alaraq, özlərinə çıxacaq, bu işi sizlər arasında öz adətlərinə çevirəcəklər. (Seyyid Rəzi buyurur:) Həzrətin buyurduğu وَلا بَقِىَ مِنْكُمْ آبِرٌ sözünü üç cür izah edirlər: Birinci, qeyd etdiyimiz kimi, آبِرٌ ra hərfi ilə ərəb sözü olub xurma ağacını budayana رَجُلٌ آبِرٌ deyilir. İkinci ehtimala görə آثِرٌ üç nöqtəli sə hərfi ilə-hədis deyən və ya söz danışan şəxs nəzərdə tutulur. Fikrimcə, bu daha düzgün ehtimaldır. Sanki Həzrət «sizlərdən danışan kimsə qalmasın» deyə buyurmuşdur. Üçüncüsü, آبِزٌ nöqtəli za hərfi ilə-sıçrayan mənasındadır. آبِزٌ həm də هالِكُ yəni, məhv olmuş mənasında da işlədilir.