Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/72-ci məktub
←71-ci məktub | Nəhcül-bəlağə. 72-ci məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
73-cü məktub→ |
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa (Allah onu bağışlasın) məktublarındandır (ki, onda ona öyüd-nəsihət verir).
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Sən öz əcəlindən qabağa düşə bilməyəcəksən. Sənə çatmayan şey sənin ruzin deyil. (Ölümünün ixtiyarı sənin əlində deyil. Həmçinin sənə çatmayacaq şeyi əldə edə bilməzsən.) Bil ki, ruzigar iki gündür: bir günü sənin xeyrinə, bir günü isə ziyanınadır. Dünya şadlıqların fırlanaraq əldən ələ keçdiyi diyardır. (Hər kəsin öz növbəsi var.) Buna görə də dünyadan sənin xeyrinə olan şey, hətta aciz olsan (başqaları onun qarşısını alsalar) belə, sənə çatacaqdır. Həmçinin (güclü olsan da) onun sənin ziyanına olan şeylərinin qarşısını zor və güc ilə ala bilməzsən.