Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/74-cü xütbə

73-cü xütbə Nəhcül-bəlağə. 74-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
75-ci xütbə


İmam Əli əleyhis-salamın Bəni-Üməyyənin onu, Osmanın qətlində iştirakda ittiham etmələrini eşitdikdə buyurduğu kəlamlarındandır. Bəni-Üməyyənin məni tanıması onları məndə eyb axtarmaqdan çəkindirmədimi? İslamdakı keçmişim nadanların məni ittiham etmələrinin qarşısını almadımı? (Mənim sözlərimin bu camaata təsiri olmayacaq, çünki) Allah-təalanın nəsihət olaraq buyurduğu mənim dilimdən (sözlərimdən) daha bəlağətli və gözəldir. (Bununla belə təsiri olmadı.) Mən dindən çıxanlara dəlil gətirir, dinə şübhə edənlərlə isə düşmənçilik edirəm. (Mənim dəlil və sübutlarımdan biri də budur ki, məni Osmanın qanının tökülməsində şərik bilməkləri tək) haqqa oxşar işlər Qur’ani-Kərimlə tutuşdurular. Allah bəndələri öz sinələrində olanlara uyğun cəzalandıracaqdır.