Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/Feyzul-İslamın II hissəyə yazdığı müqəddimə

89-cu xütbə Nəhcül-bəlağə. Feyzul-İslamın II hissəyə yazdığı müqəddimə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
90-cı xütbə


بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ أَلْحَمْدُ لِلّهِ الَّذِي كَلَّتِ الْأَلْسُنُ عَنْ غايَةِ صِفَتِهِ وَ الْعُقُولُ عَنْ كُنْهِ مَعْرِفَتِهِ وَ تَواضَعَتِ الْجَبابِرَةُ لِهَيْبَتِهِ وَ عَنَتِ الْوُجُوهُ لِخَشْيَتِهِ وَ انْقادَ كُلُّ عَظيمٍ لِعَظَمَتِهِ وَ صَلاتُهُ وَ سَلامُهُ عَلى سَيِّدِنا أَشْرَفِ الْمُرْسَلِينَ وَ خاتِمِ النَّبِيِّنَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الْهادِينَ شُهَداءِ اللهِ عَلى خَلْقِهِ. اللّهُمَّ والِ مَنْ والاهُمْ وَ عادِ مَنْ عاداهُمْ وَ انْصُرْ مَنْ نَصَرَهُمْ وَاخْذُلْ مَنْ خَذَلَهُمْ وَالْعَنْ مَنْ ظَلَمَهُمْ يا سَمِيعَ الدُّعاءِ

«Nəhcül-Bəlağə» müqəddəs İslam dininin və şərafətli Cə’fəri məzhəbinin bütün həqiqətlərini ehtiva edən, bəşəriyyəti əbədi səadət və ağalığa yönəldən bir kitabdır. Bu, hədər yerə deyilmiş söz deyil və iki əsasa (əql və elmə) söykənir. Alimlər və insaf sahibləri onu mütaliə edib dərindən düşündükdən sonra bunu təsdiqləyəcəklər. Bəndəniz bir neçə il bu yolda addımlayaraq şərafətli Seyyid Rəzinin (rizvanullah əleyh) mövla Əmirəl-mömininin (əleyhis-salam) sözlərindən toplayıb tərtib etdiyi, düzgün hərəkələnmiş səhih nüsxəsini hamının faydalana biləcəyi tərcümə və şərhlə birgə əziz dindaşlarıma, soydaşlarıma hədiyyə etmək istəmişdir. İndi bu ilahi uğur mənə də qismət olmuşdur. (Lüğətə, şərhlərə, əlyazma və çap nüsxələrinə müraciət etmək, alimlər və fəzilət sahiblərilə müzakirə aparmaqla) kitabı heç bir səhvsiz, heç bir müdaxiləsiz (çünki İmam əleyhis-salamın sözünün müqabilində heç kimin müdaxilə və söz demək haqqı yoxdur) və düzgün hərəkələnmiş şəkildə hazırladım. Bu kitabı Onun razı olduğu bir tərzdə tamamlamaq üçün Allah-təaladan uğur diləyirəm.

يا رَبِّ أَعْطِنِى جَمِيعَ ما سَأَلْتُكَ وَ زِدْنِى مِنْ فَضْلِكَ لا أَرْجُو غَيْرَكَ وَلا أَثِقُ إِلّا بِكَ يا أَرْحَمَ الرّاحِمِينَ

Fani bəndə: Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd əd-Dibac. 1366 H.Q.