Eyni adda digər əsərlər üçün [[|dəqiqləşdirmə səhifəsinə]] baxın.
Nigar
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Artırma dərdi-sərimi,
Qocalıqda mənim, Nigar.
Cavanlığım uçub əldən,
Keçib ayım, günüm, Nigar.

Əsanı alıb əlimə,
Qurşaq bağladım belimə.
Əlacım qalıb dilimə,
Gəl başına dönüm, Nigar.

Məmmədhüseyni çaldı yenə,
Turunc narlı, mərmər sinə.
Düşər olsa salma ünə,
O qoynuna yönüm, Nigar.