Noldu bu könlüm, noldu bu könlüm

Noldu bu könlüm, noldu bu könlüm
Müəllif: Hacı Bayram Vəli
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Noldu bu könlüm, noldu bu könlüm
Dərdi qəm ilə doldu bu könlüm.
Yandı bu könlüm, yandı bu könlüm
Yanmada dərman buldu bu könlüm.
Yan, ey könül, yan, yan, ey könül, yan
Yanmadan oldu dərdinə dərman.
Pərvanə kimi, pərvanə kimi
Şəminə eşqin yandı bu könlüm.
Gərçi ki, yandı gerçəye yandı
Rənginə eşqin cümlə boyandı.
Kəndində buldu, kəndində buldu
Mətlubunu xoş buldu bu könlüm.
El fekru fəxri, el feknı fexri
Demədimi ol aləmlər fexri
Fəxrini fekrin, fexrini fekrin
Məhvi fenada buldu bu könlüm.
Bayramam indi, Bayramam indi
Bayram edərsən yar ilə indi
Həmdü-sənalar, həmdü-sənalar
Yar ilə bayram qıldı bu könlüm.