Ol sǝnǝm kim gecǝ-gündüz can onun heyranıdır

Ol sənəm kim gecə-gündüz can onun heyranıdır
Müəllif: Şah İsmayıl Xətai



Ol sǝnǝm kim gecǝ-gündüz can onun heyranıdır,
Əqlü fǝhm ondan bǝrü eşq ilǝ sǝrgǝrdanıdır.

Dilbǝrim, yarım, ǝzizim, qǝmküsarım, munisim,
Can şikarım, suvlu yarım, canımın cananıdır.

Dün sǝba gǝldi mǝna xoş-xoş müǝnbǝr buy ilǝ,
Ğaliya, ol mǝhliqanın zülfi-müşkǝfşanıdır.

Ey könül, hicran ğǝmindǝn çox şikayǝt qılma kim,
Aşiqǝ cövri, cǝfası lütf ilǝ ehsanıdır.

Bu Xǝtai şerinǝ eyb etmǝ, ey nakǝs hǝsud,
Cümlǝ üşşaq ǝhlinǝ hǝmdǝm, onun divanıdır!