Olmasa (divani, Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmasa (divani, Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Aşıq olan şövqə gəlməz,
Şövqü-güzar olmasa.
Şeyda bülbül fəğan qılmaz,
Gülşəni zar olmasa.
Pərvanələr eşq ucundan,
Dolanar şam başına.
Səməndər oda yanmaz,
Nar intizar olmasa.

Aşıq olan əzəl bilsin,
Məclisinin halını.
Danışanda xub danışsın,
Top etsin kamalını.
Mərifətlə xırd eyləsin,
Göstərsin öz malını.
Satmasın naşı sərrafa,
Yaxşı bazar olmasa.

Məmmədhüseyn, el içində
Sən dolandın hər yanı.
Namərdlərə nifrət olsun,
Mərdə söylə dastanı.
Yaxşılarla yaxşı danış,
Pisin özü utanı.
Mərd meydanda mərd gərəkdi,
Mərdimazar olmasa.