Olsun (Xəstə Qasım)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olsun
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Yeri, gözəl, yeri, sənə qarğaram.
Ölənədək işin ahü-zar olsun.
Siyah zülfün dal gərdəndə sərasər,
Halqa-halqa, çinbəçindən mar olsun.

Gözəllər içində giryan olasan,
Yanasan odlara, büryan olasan,
Vəfalı yarlara qurban olasan,
Onlara baxanda sənə ar olsun.

Mən qurbanam yaxşıların muyuna,
Hündür qamətinə, gözəl boyuna,
Sənin soyun dönsün sonsuz soyuna,
Gül açmasm bağçanızda, xar olsun.

Ay qız, bir kəs bilməz sənin sirrini,
Qiyamətdə yandrrsmlar dərini,
Yatan vaxtda şahmar vursun ərini,
Naləsindən qulaqların kar olsun.

Xəstə Qasım dost yolunda qalanda,
Əl uzadıb qol boynuna salanda,
Kefin durulanda, könlün olanda,
Bizə gələn ayaqların var olsun.