On sekiz bin aləm xəlqi cümləsi bir içində

On sekiz bin aləm xəlqi cümləsi bir içində
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

On sekiz bin aləm xəlqi cümləsi bir içində,
Kimsə yoq birdən artuq, söylənür dil içində.

Cümlə bir anı birlər, cümlə ana gedərlər,
Cümlə dil anı söylər hər bir təbdil içində.

Cümlə göz anı gözlər, kimsə yoq nişan verür,
Görən kim, gösterən kim, qalduq müşkil içində.

Kim gördi anı əyan, nə nəqşü nə xud nişan?!
SÖzi “lentəranrdür Musaye Tur içində.

Toqsan bin Heqq kəlamı, altmış bini amü xas,
Otuz bini xasül-xas, oldurur sirr içində.

Oldunır ol gizlü söz, arif söylər dün-gündüz,
Hiç nişanı dinmədi hurü qüsur içində.

Yunus, sən dilər isən, dostı görəm der isən,
Əyandur görənlərə ol könüllər içində.