Qiyamәdәndir
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

Gah gedirәm, gah gәlirәm bu dama,
Yar, mәnim gәldiyim qiyamәdәndir.
Yolunu gözlәrәm sübhdәn şama,
Yar, mәnim gәldiyim qiyamәdәndir.

Hatәm bağçasında dumandı yolum,
Hәsrәtin çәkmәkdәn nazildi belim,
Bir sәrv ağacına söykәdim belim,
Yar, mәnim gәldiyim qiyamәdәndir.

Qurbani der: Yarım xasә, dil xasә,
Sәni gördüm, mәn dә gәldim hәvәsә,
Üzünü görmәsәm, bataram yasә,
Yar, mәnim gәldiyim qiyamәdәndir.