Sevirəm könül candan

Sevirəm könül candan! (1995)
Müəllif: RAUF CAVAD

Səni sevirəm Heyran,
Gəl ey sevgili Canan!

Sevgi üçün yanıram,
Od kimi alışıram.
Eşq üçün darıxıram.
Səni yar çağırıram.
Sevirəm könül candan!

Sən eşqin ta özüsən,
Yar qəlbimin səsisən.
Könlüm əsirdir Sənə,
Bir öpüş ver gül mənə.
Öpüm bal dodağından!

Mən bülbüləm, sən də gül,
Dərdlidir gülə bülbül.
Yandır məni eşqinlə,
Nə olar məni dinlə.
Öpüm al yanağından!

Dəyişir hər gün halım,
Gecələr qara xalım.
Nədir bu hal vəziyyət!?
Zöhrə verir əziyyət!
O, eşq ulduzum güman!

Baxım nur gözlərinə,
Məst olum sözlərinə.
Al məni ağuşuna,
Ölüm yar qucağında!
Versin Rauf eşqə can!