Uş genə gəldüm bən bunda sirr sözin əyan eyləyəm

Uş genə gəldüm bən bunda sirr sözin əyan eyləyəm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Uş genə gəldüm bən bunda sirr sözin əyan eyləyəm,
Bir söz ilə yeri, gögİ cümləsin bəyan eyləyəm.

Dilər isəm tən eyləyəm, dilər isəm can eyləyəm,
Könlümi Tur, canum Musa, təxti-Süleyman eyləyəm.

Dirlik bana qarşu gelə, bən dirligün boynın uram,
Ölüm əgər vacib ola, canurm qurban eyləyəm,

Əzrayıl nə kişidürür qəsd edə bilə canuma?!
Bən anun qəsdini genə kəndüye zindan eyləyəm.

Ya Cebrayil kim ola kim, hökm edə bənüm ahuma?!
Yüz bin Cəbrayil kibiyi bir dəmdə pərran eyləyəm.

Bu bizdən öndin gələnlər, mə’niyi pünhan qılanlar,
Bən anadan toğmış kibi gəldüm ki, üryan eyləyəm.

Yunus, sənün könlün evi Həqq varlığı toptoludur,
Uş gəldüm ki, aşiqlərə varlıqdan ehsan eyləyəm.