Vikimənbə:İstifadəçi səhifəsi


Vikimənbədə qeydiyyatdan keçmiş hər bir istifadəçiyə avtomatik iki səhifə verilir. Onlardan biri istifadəçinin şəxsi səhifəsi, digəri isə müzakirə səhifəsidir.

İstifadəçi səhifəsi Vikimənbə məqaləsi hesab edilmir, o, vikimənbəçiyə istifadəyə verilmiş şəxsi səhifədir (veb-fayldır). Bu faktı göstərmək üçün istifadəçi öz səhifəsinə {{İstifadəçi}} şablonu əlavə edə bilər.

İstifadəçi səhifələri Vikimənbənin məqalə kateqoriyalarına daxil edilmir. Onlar yalnız "Vikimənbə:İstifadəçilər" kateqoriyasında olan altkateqoriyalara daxil edilə bilər.

İstifadəçi səhifələri açıqdır, yəni səhifələrə başqalarının baxmasına icazə verilir. İstifadəçinin icazəsi olmadan onun şəxsi səhifəsində (müzakirə səhifəsin də həmçinin) redaktə edilməsi etik hesab edilmir, bəzi hallarda isə vandalizm kimi qəbul edilir.

Öz istifadəçi səhifəsinin silinməsini istəyən istifadəçinin idarəçilərə müraciət etməsinə ehtiyac yoxdur. Səhifədə {{Sil}} şablonunun daxil edilməsi kifayətdir. Şablonu yalnız istifadəçinin özü daxil edə bilər. Bir müddətdən sonra idarəçi həmin şablona görə səhifəni siləcəkdir.

Qeyd: Silinmiş istifadəçi səhifəsini bərpa etmək üçün səhifənin müəllifi (səhifə kimin adındadırsa) idarəçiyə müraciət etməlidir.

İstifadəçinin şəxsi səhifəsi

redaktə

İstifadəçi öz səhifəsinə müxtəlif məlumatlar daxil edə bilər:

  • xarici dili hansı səviyyədə bilməsi haqqında (bax:{{babel}});
  • istifadəçi ilə necə əlaqə yarada bilməsi haqqında;
  • vikitətildə olduğu üçün və ya hər hansı səbəbə görə Vikimənbədə olmadığı haqqında;
  • yaşadığı və gəzdiyi ölkələr haqqında;
  • müraciət forması haqqında;
  • orfoqrafik və qrammatik səhvlərinin düzəlişi ilə bağlı;
  • yaşı haqqında;
  • təhsili haqqında;
  • maraqları, hobbisi və elmi dərəcəsi haqqında;
  • ixtisası haqqında;
  • digər viki-layihələrdə iştirakı haqqında;
  • Vikimənbədəki statusu haqqında (nəzarətçi, idarəçi, bürokrat və s.);
  • hansı mövzularla müraciət etmək olar;
  • Vikimənbəyə töhfələri haqqında;
  • Vikimənbə mükafatları haqqında;
  • Vikimənbə ilə əlaqədar ən çox müraciət etdiyi informasiya və səhifələrin siyahısı;
  • Vikimənbənin, Vikimedia Fondunun faydalı məlumatlarına, Vikimənbə ilə əməkdaşlıq edən digər saytlara keçidlər;
  • İstifadəçinin digər dillərdəki şəxsi səhifələrinə yönəlmiş intervikilər.

Məlumatların bir çoxu şablonlar şəklində daxil edilir. İstifadəçi şablonlarını Şablonlar səhifəsindən seçilir. Vikimənbədə uyğun şablon yoxdursa istifadəçi şablonu özü yarada bilər.

İstifadəçinin müzakirə səhifəsi

redaktə
  1. Vikimənbədə iki tip müzakirə səhifəsi mövcuddur: istifadəçinin müzakirə səhifəsi və məqalənin müzakirə səhifəsi. Hər iki müzakirə səhifəsində Vikimənbənin əsas prinsipləri gözlənilməlidir. Yəni istifadəçilər müzakirə apararkən neytrallıq, nəzakətetik qaydalara riayət etməlidirlər;
  2. Müzakirələrdə təhqirə, hədə-qorxuya keçmək qadağandır! İstehza və qarşı tərəfin ləyaqətinin alçaldılması Vandalizm kimi qəbul olunur və müzakirəni bu müstəviyə çıxaran istifadəçi xəbərdarlıq edilmədən bloklanır!
  3. Müzakirə səhifələrində başqalarının yazdıqları mətnin silinməsi və ya redaktəsi qəti qadağandır! Əgər istifadəçi öz yazdığı mətni sildikdə müzakirənin mövzusu və ya mətndəki məntiq itirsə, o zaman silinəcək mətndə xətt çək üsulundan istifadə etməsi daha düzgündür;[1]
  4. Müzakirə səhifələrindəki mətn müəllif tərəfindən mütləq imzalanmalıdır!
  5. Müzakirə səhifələri forum və ya çat deyil! Odur ki, müzakirələr yalnız mövzu ətrafında aparılmalıdır;
  6. İstifadəçi öz müzakirə səhifəsində mövcud olmayan səhifələrə istiqamətləndirilmiş keçidləri ləğv edə və yaxud da mövzuya uyğun olaraq düzgün istiqamətləndirə bilər;
  7. İstifadəçi digər istifadəçilərin, həmçinin bütün müzakirə səhifələrində mövcud olmayan səhifələrə istiqamətləndirilmiş saxta keçidləri ləğv edə və yaxud da mövzuya uyğun olaraq düzgün istiqamətləndirə bilər.(bu bənddəki mətnlə üçüncü və altıncı bənddə yazılanlar arasında ziddiyyət olduğundan silinməsi gözlənilir);
  8. Müzakirələr zamanı başqalarının yazılarının silinməsi, dəyişdirilməsi saxtakarlıq kimi qiymətləndirilir və istifadəçi bu hərəkətinə görə bloklana bilər Bax:Vikimənbə:Bloklama qaydaları;
  9. İstifadəçinin müzakirə səhifəsində özünün - artıq şərh verilmiş yazılarının mənalarının dəyişdirilməsi və gizlədilməsi, müxtəlif mətnləri keçmiş müzakirələrə daxil etməklə yanlış fikir yaradılması vandalizm kimi qiymətləndirilir və istifadəçi bu hərəkətinə görə bloklana bilər. Bax:Vikimənbə:Bloklama qaydaları;
  10. Müzakirələrdə əks tərəfin yazdıqlarını diqqətlə oxumaq vacibdir. Qarşı tərəfin müzakirəsini tam oxumadan müzakirənin davam etdirilməsi etik deyil Bax:Vikimənbə:Etiket
  11. İstifadəçi hər hansı mübahisəli məsələdə və ya səsvermə zamanı fəal istifadəçilərin müzakirə səhifələrinə daxil olaraq təbliğat aparmamalıdır.
  12. Müzakirələr zamanı digər istifadəçilərin adlarının bilərəkdən dəyişdirilməsi, onların adından müzakirələrdə iştirak edilməsi, redaktələrin aparılması, eləcə də müzakirələrdə kuklaların iştirakı qəti qadağandır;
  13. Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir. Etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır;
  14. Müzakirələr zamanı istifadəçiyə təzyiq göstərmək, keçmiş müzakirələri yada salaraq Vikimənbəyə yaraşmayan ab-hava yaratmaq qadağandır və istifadəçinin bloklanmasına səbəb ola bilər Bax:Vikimənbə:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir.

Qeydiyyatdan keçməyən istifadəçilərin (anonimlərin) səhifələri

redaktə

İstifadəçi qeydiyyatdan keçmirsə onun fəaliyyəti istifadə etditi IP-ünvana görə nəzərə alınır və Vikimənbəyə etdiyi töhvələr bu səhifədə siyahılanır. İstifadəçinin IP-ünvanı göstərilən səhifə anonim istifadəçinin şəxsi səhifəsi kimi qəbul olunur və istifadəçiyə maraciətlər (xəbərdarlıqlar da daxil olmaqla) bu səhifəyə yazılır. Bu səhifələrə şəxsi informasiya da daxil etməyə icazə verilir. Lakin IP-ünvanı göstərilən səhifənin şəxsi səhifə kimi istifadəsinin mənfi tərəfləri də vardır:

  • IP-ünvan göstərilən səhifəyə həmin IP-ünvandan (proksi-serverlərdən) istifadə edən digər anonimlər də sahiblik edə bilərlər;
  • İstifadəçi IP-ünvanı dəyişdikdə əvvəlki IP-ünvanda göstərilən töhvələrin ona aid olduğunu sübut etmək çətin olur.

İstifadəçi anonimliyini qorumaq istəyirsə hər hansı uydurma ad altında qeydiyyatdan keçməsi daha doğru yoldur. Belə ki, istifadəçi istifadə etdiyi IP-ünvanını açıq qoymaqla hansı ölkədən, hansı severdən işlədiyi haqqında məlumat vermiş olur. Qeydiyyatdan keçdikdə isə IP-ünvanını yalnız CheckUser deyil, bütün istifadəçilər görürlər.

Anonim istifadəçinin müzakirə səhifəsi istifadəçi fəaliyyətini uzun müddət dayandırdıqda və ya onun səhifəsindən digər anonim istifadə etdikdə silinə bilər.

İstifadəçi səhifələrində icazə verilən məlumatlar

redaktə

İstifadəçi səhifələrində qadağan olunan məlumatlar

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Википедия:Страницы обсуждений