Vikimənbə:Günün mətni/dekabr 17

İbn Səlamın ölümü
Nizami Gəncəvi

Bütün nöqtələrdə iş nişanı var,
Zərurət üzündən baş verir onlar.
Bütün varlıqların hərəkətində
Məqsud yazısından bir xətt var yenə.
Kağızın, bax, iki üzü var həmən,
Odur hədəf olar o iki üzdən.
Bu üzdə tədbirin sayıdır ancaq,
O üzdə təqdirin hesabına bax.
Bu iki hesabda bir ziddiyyət var.
Bunu yaxşı bilər arif hesabdar.
Sən gül saydığın gül sancdığı zaman
Tikan olduğunu bilərsən haman.
Bir çox qara olan salxımlar da var,
Yoxlarkən bilərsən, üzümdür onlar.
İnsanı süst edən aclıq da bəzən,
Həzmə kömək olur, saflaşır bədən.
Sənsə bu dünyanın ziddiyyətinə,
Dava etməkdənsə, təslim ol yenə.
Müxtəsər, dünya ki, yaranmış belə,
Sən də turş sirkəni, bal hesab elə.
Gözəllər çırağı o Leyli nəydi,
Dərdi başqasına bir xəzinəydi.