Vikimənbə:Günün mətni/iyul 23

İllər
Mikayıl Müşfiq

İllər külək yürüşlü,
Qartal qanatlı illər.
Yaşayış yollarında
Yəhərli atlı illər.
 
Hər biriniz nümunə
Dalğalı bir dənizdən,
Ömrümüzün yelkəni
Qayar üzərinizdən.
 
Bizi bu cədəlgaha
Atar-atmaz anamız,
Başlar mühitinizdə
Coşmaya fırtınanız.