Vikimənbə:Günün mətni/iyul 26
Zəmanədən şikayət
Mirzə Fətəli Axundzadə
Fəsad ilə dolu göylər edərkən tərsinə dövran,
Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Şərabım – qanlı göz yaşı, gözün peymanəsi- badəm,
Yerim bir külxən olmuşdu, ənisim ah ilə əfqan.
Kimə mən üns ilə baxdım, məni təshifi yandırdı.
Kimə qəlbimdə yer verdim, məni qovdu kənarından.
Kimə mən yar dedim dərhal mənə o döndü nar oldu.
Vəfa umdumsa hər kəsdən cəfa etdi mənə hər an.
Hər hansı qapını döydüm, məni rədd etdilər dərhal,
Haranı mənzil etdimsə, o mənzil oldu bir zindan.
Ümidlə baxdığım dostlar mənə xor baxdılar, əfsus!..
Təsəlli axtaran qəlbim buna heç tapmadı imkan.
Kimə dost dedim, gördüm dönüb öz düşmənim oldu.
Kimə mən ram oldumsa, dönüb mar oldu biiman.
Həyatdan bunca bezdim ki, gəlib təngə dədim: “ay kaş,
Bu dörd ünsür əzəl gündən olaydı xak ilə yeksan”
Ki birdən daxili bir səs dedi: “səhv etmə, ay aqil,
Saqın sən, qafil olma, qaç, uzaş bu qəm yuvasından.
Məgər bilmirmisən hər kim gedərsə Tiflisə şəksiz
Olar hər bir fülusu zər, palazı ətləsi-əlvan.
Xüsusilə vəfadarlıq, təvazö, ehtiram həm də
Yaman gündə dada çatmaq oranın şəninə şayan.