Vikimənbə:Günün mətni/mart 23

Bakı fəhlələrinə
Mirzə Ələkbər Sabir

Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə de özün daxili-insan edir imdi,

Olmaz bu ki, hər əmrə dəxalət edə fəhlə,
Dövlətli olan yerdə cəsarət edə fəhlə,
Asudə nəfəs çəkməyə halət edə fəhlə,
Yainki hüquq üstə ədavət edə fəhlə,
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə de özün daxili-insan edir imdi,

Fəhlə, mənə bir söylə, nədən hörmətin olsun?
Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,
Az-çox sənə verdiklərinə minnətin olsun!...
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə de özün daxili-insan edir imdi,