Vikimənbə:Kənd meydanı/Arxiv/2006-2011

Ben kendi Azerice bilgim ile Ana sahifeyi düzenledim. Türkçe VikiMənbə'de idareciyim. Burada da aktif olmaya çaılşıyorum. Soru ve sorunlarınızda yardım istemekten çekinmeyin.--Absar 12:33, 30 Iyun 2006 (UTC) oldu

Salam, Absar.

Ana səhifəni düzəltdiyivə görə çox sağol. Mən vaxt olanda Azərbaycan vikipediyasında işləyirəm amma hərdən bir burada gəlib dəyəcəğəm. :)

--Baki66 23:03, 4 May 2007 (UTC)

Burayla da məşğul olaq da gərək) --Sortilegus 23:53, 16 Noyabr 2007 (UTC)


Yeni il redaktə

Bütün istidadəçiləri Yeni il münasibətilə təbrik edirəm. --Eminn 13:38, 30 Dekabr 2008 (UTC)

Təbrikə qoşuluram. --Irada 08:04, 31 Dekabr 2008 (UTC)

Buraları səliqəyə saldığına görə Eminə təşəkkür edirəm. Emin, yorulmayasan. --Irada 21:17, 28 Yanvar 2009 (UTC)

İdarəçi redaktə

VikiMənbədə 600-dən çox məqalə olmasına baxmayaraq, hələ idarəçi yoxdur. Ümumiyyətlə cəmi Azərbaycan dilində olan VikiMənbədən başqa cəmi 3 dildə olan VikiMənbədə idarəçi yoxdur ki, o VikiMənbələrdə olan məqalə sayı çox azdır (Anglo-Saxon:4 məqalə, Faroese:11 məqalə, Haitian:26 məqalə). Cəmi 223 məqalə olan Slovak VikiMənbəsində 2, 345 məqalə olan Bolqar VikiMənbəsində 5 idarəçi var. Erməni VikiMənbəsində də var. Bu cəhətdən düşməndən, çox təəssüflər olsun ki, geri qalırıq.--Emin 19:38, 2 Iyun 2009 (UTC)

Şair, yazıçı və s. redaktə

Salam. Bəlkə burda belə bir formadan istifadə edək (misal kimi "müəllif" yazacam): "Kateqoriya:Müəllif" (kateqoriya səhifəsində Vikipediyadakı kimi heç bir mətnə, şəklə ehtiyac yoxdur) → (içində) "Müəllif" (məqalə - burda şəkli, doğum-ölüm tarixi və s. bir sözlə indiki "Şablon:Müəllif" yerləşdirilir + siyahı verilir - bu siyahıda VikiMənbəyə yerləşdirilən gəraylıları == Müəllifin gəraylıları ==, qəzəlləri == Müəllifin qəzəlləri == və s. başlığı altında toplanır. Artıq informasiyaya ehtiyac yoxdur. Sadəcə Vikipediyanın şablonu yerləşdirilir ki, Vikipediyada bu şəxs haqqında məqalə var. Bioqrafiyasını oxumaq istəyən qoy ordan oxusun) "Kateqoriya:Müəllifin gəraylıları" (Bu "Kateqoriya:Müəllif" kateqoriyasının içindədir. Burda gəraylıları yerləşdirilir). "Kateqoriya:Müəllifin qəzəlləri" (Bu "Kateqoriya:Müəllif" kateqoriyasının içindədir. Burda qəzəlləri yerləşdirilir) və s. və i. --Sortilegus 21:16, 13 Avqust 2009 (UTC)

Olsun. Bir də, ingilis, türk vikimənbələrində yazıçıların (və şairlərin) adının əvvəlində müvafiq olaraq Author:Kişi: yazılır. Bizim vikimənbədə bu sözü nə ilə əvəz etmək olar?--Emin Mesaj 18:17, 15 Avqust 2009 (UTC)

Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №21, Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı, «Azərbaycanlıların soyqırımı haqqında» Azərbaycan Respublıkası prezidentinin Fərmanı və sair bu kimi rəsmi sənədlərin bura daxil edilməsinə məncə ehtiyac yoxdur.-- Cekli829 18:34, 9 Oktyabr 2009 (Cek vaxtı ilə)

Rəsmi sənədlərin VikiMənbəyə daxil edilməsi vacibdir. Gələcəkdə qanun və ya sərəncam axtaranlar üçün əsl mənbə ola bilər. Digər dillərdə bütün qanunlar və sərəncamlar Wikisourcelərə daxil edilir.--Irada 06:46, 14 Oktyabr 2009 (UTC)

"Author" və "Kişi" - bizdə yəqin ki, "Müəllif" və ya "Şəxs" olmalıdır. Amma hələ dəqiqləşdirək, sonra bu formanı tətbiq edərik. Bəlkə daha sadə forma tapdıq. Başqa bir vacib məsələ, burda ingilis və rus dillərində mətnlər yerləşdirilib - bu düzgün deyil. Burda ancaq Azərbaycan dilində olan və ya Azərbaycan dilinə tərcümə edilən mətnlər olmalıdır. İngiliscə olan mətnlər ingilis vikimənbəsinə, rusca olanlar rus vikimənbəsinə yerləşdirilməlidir. Yoxsa sabah burda çin dilində də mətn yerləşdirilə bilər. Onda gərək çin dilini bilən idarəçi tapıb bura seçək ki, həmin mətnlərə nəzarət etsin.--Sortilegus 17:55, 8 dekabr 2009 (UTC)[cavabla]

"Müəllif" daha yaxşıdır. Bir qədər tez tətbiq olunsa daha yaxşı olar. Başqa vikilərdə elə səhifələr mətn kimi görünmür. Yuxarı hissəsində "Author", "Eser sahibi" və s. yazılır. Yəqin ki, bu problem Vikipediyada Portal problemi necə (və nə vaxt) həll olunacaqsa, elə həll olunmalıdır. İngilis dilində olan mətnlərin bir hissəsini də mən yazmışdım. Onları sildim.--Eмϊn >> 13:20, 18 dekabr 2009 (UTC)[cavabla]

Kateqoriya:Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab) redaktə

Emin, salam. Kitabın silinməsinin əleyhinəyəm. Rus dilində olsa da Azərbaycan tarixinə aid olan bu kitabın VikiMənbədə olması vacibdir. Rus dilindəki VikiMənbəyə bu kitabın daxil edilməsi çətin olacaq. Belə ki, ermənilər buna heç vaxt razı olmazlar. Onu da qeyd edim ki, kitabın müəllifi Solmaz xanım onu İnternetdə yerləşdirməyə razı olmuşdur. Kitabın Azərbaycan üçün son dərəcə vacib olduğunu nəzərə alıb onun burada yerləşdirilməsini düzgün hesab edirəm. Əks halda səsvermə keçirməyi təklif edirəm. --Irada 06:17, 13 Yanvar 2010 (UTC)

Mən indi baxdım ki, Səriyyə Cəfərovanın Kateqoriya:Səriyyə Cəfərova Xocalı soyqırımı haqqında rus və ingilis dillərində daxil etdiyim kitabları da silmisiniz. Bir azərbaycanlı kimi bunu sizdən gözləməzdim. Xocalı haqqında həqiqətlərin VikiMənbədən silinməsini Azərbaycan xalqına qarşı təhqir hesab edirəm! --Irada 07:02, 13 Yanvar 2010 (UTC)

[1], [2], [3], [4] bu məqalələrə Sotilegus sil şablonu yerləşdirmişdi, mən də ona görə sildim. Mən səhv etdiyimi düşünmürəm. bax:[5]--Eмϊn >> 11:08, 13 Yanvar 2010 (UTC)

Rus və İngilis dilində VikiMənbələrə bu kitabların (Azərbaycan həqiqətlərini göstərən və ermənilərin istəyinə cavab verməyən) yerləşdirilməsi çətindir. Oradakı vəziyyəti məndən də yaxşı bilirsiniz. Odur ki, bu kitabların bizim vikidə qalması daha düzgün olardı. Əgər Azərbaycan həqiqətləri Sizə də xoş deyilsə, o zaman onları müvəqqəti, bir-neçə saatlıq bərpa edin ki, onları başqa vikidə yerləşdirim. Hər halda zəhmətimin hədər getməsini və Azərbaycan həqiqətlərinin bu şəkildə özümüz tərəfindən gizlədilməsini istəmirəm. --Irada 11:30, 13 Yanvar 2010 (UTC)

P.S. VikiMənbə qaydalarına görə siz hər şeyi düz eləmisiniz. Bəs vicdadınız qarşısında? --Irada 11:52, 13 Yanvar 2010 (UTC)

Təklif edirəm ki, bu problemi həll etmək üçün Azərbaycanda başqa dillərdə nəşr olunmuş kitablar kateqoriyasını yaradaq. Belə səhifələrin hər birində azərbaycan dilində qısa xülasə yerləşdirək. -- Cekli829 16:40, 13 yanvar 2010 (Cek vaxtı ilə)

VikiMənbə məhz Azərbaycan dilində olan virtual-kütləvi kitabxanadır, məncə başqa dillərdə nəşr olunmuş kitabları uyğun dillərdə yerləşdirmək mümkün deyilsə, bu o demək deyil ki, onlar Azərbaycan üçün əhəmiyyətli olduğu üçün VikiMənbədə yerləşdirilə bilər--Melikov Memmed 12:56, 13 Yanvar 2010 (UTC)

Bütün məqalələri bərpa etdim (VikiMənbə qaydalarına zidd olsa da). "Sil" şablonlarını da sildim.--Eмϊn >> 13:10, 13 Yanvar 2010 (UTC)

Emin, Sizə həddən artıq təşəkkürümü bildirirəm. --Irada 13:28, 13 Yanvar 2010 (UTC)

Melikov Memmed adlı istifadəçiyə isə bildirmək istəyirəm ki, "bu o demək deyil ki, onlar Azərbaycan üçün əhəmiyyətli olduğu üçün VikiMənbədə yerləşdirilə bilər" dediyiniz kitablar Azərbaycan üçün əhəmiyyətli olduğu üçün hər bir AZƏRBAYCANLININ ürəyində yerləşməlidir. Mənim dediklərimin sizin anlaya biləcəyinizə şübhəm var. --Irada 13:28, 13 Yanvar 2010 (UTC)

Kitabları VikiKitaba daxil etdim, ümid edirəm ki, heç olmasa orada bu kitabları ermənilərdən və digər düşmənlərdən, həmçinin öz "ağıllılarımızdan" (sapı özümüzdən olan baltalardan) bir müddət qoruya biləcəm. --Irada 14:03, 13 Yanvar 2010 (UTC)

İradə xanımı yaxşı başa düşürəm. Mən də çox istərdim ki, hansısa yol tapıb rusca, ingiliscə olan bu kitabları burda saxlaya bilək. Bu yolla istinad yerimiz də ola bilər və digər vikilərdən bura istinadlar verə bilərik. Ancaq bunun əks tərəfini də mən düşünürəm. Vikipediyada bu problemdən bir vaxtlar çox əziyyət çəkmişik və hələ indiyə qədər də problem tam həll olunmayıb - bu da Türkiyə türkcəsində olan məqalələrin sayının çoxluğudur. VikiMənbə bizdə müəyyən qədər yeni layihədir, amma həmin problemin artıq burada da yaranmağa başladığını müşahidə edirəm. Əslində, Azərbaycan dilində olan bütün layihələrdə yerləşdirilən mətnlər istisnasız Azərbaycan dilində olmalıdır. Yaxşı, bizim üçün vacib olan bu kitabları rusca, ingiliscə bura yerləşdirdik, onda sabah bir başqa istifadəçi Rusiya tarixinə, ABŞ tarixinə dair, lap elə təxribat xatirinə ermənilərin mənafeyinə uyğun əsərləri burda rusca, ingiliscə yerləşdirməyə başlasa nə edəcəyik? Deyəcək, rusca, ingiliscə mətnlər var, mən də bunları yerləşdirirəm. Onda gərək cavab verək ki, yox, bu əsərlər bizim VikiMənbənin mənafeyinə uyğun deyil, ona görə də silirik? Çünki, "Azərbaycan dilində deyil" arqumentini özümüz özümüzün əlnidən almış olacağıq. Mənim fikrimcə, çalışıb sözügedən əsərləri rus, ingilis vikimənbələrinə daxil etmək lazımdır. Bilirəm çətin olacaq, amma cəhd etmək, sonacan öz mövqeyimizi müdafiə etməliyik. Bu əsərlərin Azərbaycan dilinə tərcümələrini burda yerləşdirək. Sonuncu yerləşdirilən kitab da bizim üçün çox əhəmiyyətli kitabdır və yəqin ki, yaxın zamanlarda Azərbaycan dilinə də tərcümə olunacaq. Lap, çox böyük əsərlər olmasa özümüz də tərcümə edə bilərik və müəllifin icazəsi və razılığı ilə burda yerləşdirərik. Başqa bir variant kimi internetdə kitabxana resurlarında kitablar yerləşdirilə bilər, Vikipediyada olan kitab haqqında məqalədən o resursa keçid verilər. Ancaq başqa dillərdə mətnlərin bura yerləşdirilməsinə icazə versək, bu gün yox, sabah yox, 1 ildən, 5 ildən sonra bu prosesin qarşısını ala bilməyəcəyik. Hörmətlə:--Sortilegus 14:17, 13 Yanvar 2010 (UTC)

Sizin "tutarlı" dəlillərinizi oxuduqca, rus və İngilisdə Xocalı və digər soyqırımları gizlətməyə çalışan "istifadəçiləri" xatırladım. Mən gözləyirdim ki, siz heç olmasa Cekin təklif etdiyi kimi, bu kitabların Azərbaycanda nəşr olunan kitablar və ya Azərbaycan alimlərinin əsərləri kateqoriyalarının yaradılması və ora atılmasını yazacaqsınız. Siz özünüz də çox yaxşı bilirsiniz ki, bu kitabların rus və ya ingilisə atılması hal-hazırda mümkün deyil. Belə hünərlisiniz siz atın, mən də baxım. Amma 100% əminəm ki, bacarmayacaqsınız. Odur ki, təklif edirəm, Siz onları rus və ingilisə atana kimi bu kitablar xüsusi kateqoriya altında burada qalsınlar. Əks halda sizin siyasi baxışlarınıza şübhəm yaranacaqdır.

P.S. Bu qədər zəhmət bahasına başa gələn kitabların müzakirəsiz, istifadəçini xəbərdar etmədən, səsvermə aparmadan silinməsi ən azı vandallıqdır. Çünki hər bir kitabın yaranması günlər və həftələr tələb etmişdir. Əgər belə qaydalara riayət edirsinizsə o halda bütün qaydalara riayət edin və səsvermə keçirin. -- --Irada 16:36, 13 Yanvar 2010 (UTC)

Oldu.)--Sortilegus 20:39, 13 Yanvar 2010 (UTC)

İradə xanım, internetdə çox sayda şəxsi sayt, bloq və s. bu tipli müstəqil fəaliyyət göstərə bilən səhifələr var. Yuxarıda adı çəkilən kitabların həmin saytlardan birində yerləşdirilməsinə nə mane olur ki, Azərbaycandilli Vikipediya layihələrində rus dilində məqalə yaratmaq məcburiyyətində qalmalı oluruq? Üstəlik bunu milli məsələyə çevirməyinizi də anlamıram. Başqa dillərdə olan məqalələrin müzakirəsiz silinməsi təbiidir. Təsəvvür edin ki, bu mətnlər rus yox, tuvalu dilində olsaydı biz onu burda saxlamlıydıqmı. Aydın məsələdir ki, yox. Elə həmin səbəbə görə rus dilindəki mətnin də burda yerləşdirilməsi düzgün deyil. Wertuose 20:57, 13 Yanvar 2010 (UTC)

Qəribəsi budur ki, həmin təklifi, yəni başqa saytda və ya bloqda məqalə yaratmağı 5-6 ay əvvəl rus Vikipediyasında ermənilər mənə təklif etmiş və onları sakit buraxmağımı istəmişdilər. Eyni sözləri sizdən eşitmək...Halal olsun...--Irada 21:26, 13 Yanvar 2010 (UTC)

P.S. Sonra da oturub başımıza döyürük ki, görəsən biz niyə erməniyə Qarabağı uduzduq. Nə qədər ki, gənclərimizdə milli ruh oyanmayıb belə də davam edəcək. Məni başqa saytlara və ya bloqa mədəni qovmaq - bu məsləhəti özünüz üçün saxlayın. --Irada 21:33, 13 Yanvar 2010 (UTC)

İdarəçi statüsünə malik bir şəxsin Azərbaycan dilində olan virtual kitabxanaya başqa dillərdə nəşr olunmuş kitabların da salınmasını istəməsi ən azı təəccüblüdür. Vətənpərvərlik ilə od püskürməkdənsə, bu kitabları uyğun dillərdə yerləşdirin, həm bu məsələ bitsin, həm də qaydalara əməl olunsun--Melikov Memmed 21:56, 13 Yanvar 2010 (UTC)

"Vətənpərvərlik ilə od püskürməyi" bu gün hər bir Azərbaycan gəncinə arzu edərdim! Bunda qəbahət görənlərə qarşı məndə təəccüb yox nifrət yaranır. Azərbaycanın Milli Maraqlarını hər-hansı bir saytın qaydalarına satanlara münasibətim birmənalıdır - satqın!!! --Irada 06:12, 14 Yanvar 2010 (UTC)

Sizin Vikipediya nə olduğu haqqında ən elementar anlayışınız yoxdur. Çox təəssüf. Məlumat üçün deyim ki, Xocalı soyqırımı haqqında Rusca, İngiliscə və Türkcə Vikipediyada sizin tək bir redaktəniz yoxdur. --Melikov Memmed 06:24, 14 Yanvar 2010 (UTC)

Sizin "anlayışlarınız" isə artıq mənə məlumdur. Sizin kimilərin "anlayışları" ilə Qarabağı itirmişik. Oradakı redaktələrə gəldikdə isə orada mən yox məim xahişim ilə başqası işləyir. --Irada 06:55, 14 Yanvar 2010 (UTC)

Allah xatirinə, lütfən, bir az səbir edin, müzakirələri sonra apararsınız, onsuz da Xocalını bu gün qaytarmayırlar, barı bir-birimizə qarşı "soyqırım" etməyək! --Vago 06:58, 14 Yanvar 2010 (UTC)
Bir Qarabağlı kimi mən Qarabağı isti otaqda deyil, bir çox əzizlərim, doğma elim-obam, evim-eşiyim, demək olar ki, hər şeyim ilə itirmişəm. Bunlar sizə tanışdırmı? Heç düşünmürəm. Ancaq doğurdan da bu müzakirələr yersizdir--Melikov Memmed 07:18, 14 Yanvar 2010 (UTC)

Azərbaycan maraqlarını İnternetdə o cümlədən Vikipediyada qoruduğuma görə məni ittiham edənlərə amansız olacam. Belələri mənim nəzərində erməni daşnakları kimidirlər.

P.S. 1992-ci ildə yoldaşım Moskvada aspiranturanı ataraq könüllü döyüşə gedəndə, çoxları isti otaqda idi. --Irada 07:28, 14 Yanvar 2010 (UTC)

İradə xanım, axı kim Azərbaycanın Milli Maraqlarını pozur ki, burda sadəcə söhbət qaydalara əməl olunmasından gedir, bu gün bunu biz pozsaq sabah bundan bizə qarşı istifadə edəcəklər. Şəxsən mənim üçün də oyun qaydalarına əməl olunması Azərbaycanın Milli Maraqlarına cavab verən ən əsas məsələdir. Sizin kimi düşünməyənləri ittiham etməyə tələsməyin--Melikov Memmed 07:40, 14 Yanvar 2010 (UTC)

Elə problem də ondadır ki, Azərbaycanın Milli Maraqları məsələsinə gəldikdə mən heç bir qayda, o ki, qaldı oyun qaydası tanımıram. Bilirəm ki, mənim kimilərə Azərbaycanda qəribə baxırlar. Çünki bu gün çox "azərbaycanlıları pul və "oyunlar" maraqlandırır. Vikipediyada isə mən 2007-ci ildən işləyirəm və tam araşdırmasını apararaq viki haqqında 5-6 məqalə və "Vikipediya-virtual eksiklopediya" kitabı yazmışam. Odur ki, burada şəxsi, siyasi və dövlət maraqlarının necə qorunmasını çox yaxşı bilirəm. Burada qaydalar elə qurulub ki, maraqlardan asılı olaraq müxtəlif manevrlər etmək olar. rus da da, ingilis də də başqa dildə yazılmış kitablara rast gəlmişəm.--Irada 08:04, 14 Yanvar 2010 (UTC)

İradə xanım, başqalarını nədəsə ittiham etmək əlbəttə ki, çox asandır, amma başa düşməyə çalışmaq çətindir. Əgər burda ittiham etdiyiniz və satqın adlandırdığınız şəxslər həqiqətən satqın olsaydılar öz işlərini atıb vaxtlarını, gündəlik həyatlarının böyük hissəsini bu layihəyə, Azərbaycan dilində maraqlı məqalələr yaratmağa, başqalarının səhvlərini düzəltməyə həsr etməzdilər. Biz sizin yerləşdirdiyiniz kitabların əleyhinə deyilik. Bunu da yəqin ki, özünüz çox gözəl bilirsiniz. Onlar Azərbaycan dilində olsa idi heç toxunan da olmazdı. Lakin, məsələ ondadır ki, hazırda müzakirə apardığımız Vikipediya layihəsi Azərbaycan dilindədir və burada rus dilində mətnin və ya kitabın yerləşdirilməsi düzgün deyil. Məncə bu bir aksioma kimi aydındır. Xahiş edirəm nəzərə alın. Wertuose 13:40, 14 Yanvar 2010 (UTC)

Bir də təkrar edirəm - Azərbaycanın hələ də qanı axan yarası olan Xocalı soyqırımı, erməni vəhşilikləri barədə kitabları İnternetdən, o cümlədən Vikipediyadan silməyə çalışan hər bir kəs ilk növbədə erməniyə xidmət etmiş olur. ermənilər də Azərbaycan həqiqətlərini Vikipediyadan silmək üçün müxtəlif bəhanələr gətirirlər. Özünü Azərbaycanlı adlandıran hər bir şəxsin Vikipediyada ermənilərin maraqlarını qorumasını mən qəbul etmirəm və bu şəxslərə qarşı amansızam. İstər onların səhvləri dünya görüşlərinin darlığından, istərsə də xüsusi erməni tapşırığından irəli gəlsin.

Aktiv fəaliyyətə gəldikdə isə onu deyə bilərəm ki, ermənilər də başqa dillərdəki Vikipediyalarda bütün günü antiazərbaycan fəaliyyəti aparmırlar. Özlərini neytral göstərmək üçün müxtəlif mövzulu məqalələrdə aktiv düzəlişlər edir, amma gizli-gizli öz işlərini də görürlər. Azərbaycan dilində maraqlı məqalələr yaratmağı bəhanə gətirərək XOCALI SOYQIRIMI HAQQINDA MƏQALƏLƏRİN SİLİNMƏSİNİ DƏSTƏKLƏMƏK heç bir məntiqə uyğun deyil. --Irada 06:27, 15 Yanvar 2010 (UTC)

P.S. Burada baş verən hadisə barədə məqalə yazıb, KİV-də nəşr etdirmək fikrindəyəm. Azərbaycan cəmiyyətinin burada baş verənlərə münasibətini öyrənmək yəqin sizin üçün maraqlı olar. Bu gün Lider TV-də çıxış edən Sortilegus bu hadisə barədə də məlumat versəydi, inanıram ki, çoxlarının fikri mənim fikrimlə üst-üstə düşərdi.--Irada 06:42, 15 Yanvar 2010 (UTC)

Məncə bir Vikipediya idarəçisi kimi sizin əsas vəzifəniz qaydalara riayət etmək olmalıdır. Onları pozub sonra da bu barədə kiməsə şikayət etmək yox. Bu müzakirə səhifəsindəki hər postunuzda bir neçə dəfə təhqirə yol vermisiniz. Bunun özü sizin ən azı 1 həftəlik bloklanmanızı tələb edir. Amma nəzərə alın ki, Vikimənbənin idarəçisi hələ gəncdir və sizinlə hər hansı şəkildə polemikaya girməkdən çəkinir. Siz isə belə görünür ki, bundan sui-istifadə edirsiniz. Wertuose 07:28, 15 Yanvar 2010 (UTC)

Görürəm, Xocalı və mart soyqırımları haqqında kitabların bərpası sizə çox pis təsir edibdir. Sakit olun. "qaydalara riayət etmək" bəhanəsi ilə vətənimi satmayacam. Ələxsus Vikipediya qaydalarına --Irada 07:34, 15 Yanvar 2010 (UTC)

Fikir verirsinizsə sizdən fərqli olaraq heç kim burda özünü mədh etmir. Halbuki sizdən daha çox xidmətləri olanlar var. Məncə özünə gəlib, sakitləşməli olan sizsiniz. Wertuose 12:36, 15 Yanvar 2010 (UTC)

Azərbaycan həqiqətlərini Vikipediyada və onun digər layihələrində yaymaqda məndən çox və ya az xidməti olanlara minnətdaram. Mədh etməyə qaldıqda isə şəxsən sizin xarici bir saytın qaydalarını Azərbaycan maraqlarından üstün tutması və məni bloklama ilə hədələməsi sizin nə qədər .... olduğunuzu göstərir. Yazıqlar olsun...--Irada 12:50, 15 Yanvar 2010 (UTC)

P.S. VikiMənbənin yolunu tanımayanlar [[6]] indi məni təhqir etmək üçün özlərini "mədh" edir. --Irada 13:10, 15 Yanvar 2010 (UTC)

Məsələnin mahiyyəti qalıb bir qıraqda, başlayıb ittihamlar və təhqirlər səslənməyə. Söhbət ondan gedir ki, Azərbaycan dilində olan bir vikilayihədə başqa dillərdə mətnlər yerləşdirmək nə qədər düzgündür? Bu suala cavab tapmaq əvəzinə "ermənidirlər", ermənidən betərdirlər" kimi fikirlər səslənir burda. Problemlə bağlı mən öz fikirlərimi və mövqeyimi yazmışam yuxarıda. Vikipediya layihələri məhz AZƏRBAYCAN DİLİNDƏ olan layihələrdir. Demirik ki, "270 ölkənin Vikipediya layihəsi", deyirik "270 dildə olan Vikipediya". Bu eləcə də VikiMənbəyə aiddir. VikiMənbənin Ana səhifəsində nə yazılıb? "Azərbaycan dilində olan virtual-kütləvi kitabxanaya xoş gəlmisiniz". Başqa dillərdə mətnlər yerləşdirəcəyiksə, onda bu cümlənin əvvəlinə bir "əsasən" sözü də gərək əlavə edək. Problemin həlli kimi bəlkə də istisna hal olaraq bu əsərləri bir kateqoriyaya yığmaq, gələcəkdə Azərbaycan dilinə tərcümə olunarlarsa mətnləri Azərbaycan dilindəki ilə əvəzləmək olar. Problem - Azərbaycan dilində olan VikiMənbədə əcnəbi dilində mətnlərin olması presedentinə icazə verib verməməyimizdir. Bu istiqamətdə müzakirə aparmaq lazımdır.--Sortilegus 23:26, 15 Yanvar 2010 (UTC)

Elə ona görə də mən əvvəlcədən təklif etdim ki, əgər Xocalı və Mart soyqırımları haqqında azərbaycan müəlliflərinin rus və ingilis dillərində nəşr edilmiş kitablarının az-vikimənbədə yerləşdirilməsini kim istəmirsə səsvermə keçirsin, hamı da öz münasibətini bildirsin. Onu da qeyd edim ki, səsvermədən öncə bu problemlə bağlı qayda yaradılmalı və əvvəlcə həmin qaydanın səsverməsi keçirilməlidir. Çünki səsvermələrdə qaydalar dəqiq göstərilməlidir. Belə ki, burada qayda-qayda deyənlər (mən də daxil olmaqla) ilk növbədə digər dillərdə vikimənbələrin qaydalarını nəzərdə tuturlar ki, o qaydaların da yaradılmasında həmin dildə danışan cəmiyyəyt səs veribdir və bizim qaydalar müəyyən məsələlərdə onlardan fərqlənə də bilər.

Əgər azərbaycan dilində danışan istifadəçilərin (müxtəlif millətlərdən ola bilərlər, həmçinin erməni də) səsverməsində həqiqətən də bu kitabların burada yerləşməsinə yasaq qoyularsa mən də özüm üçün nəticəmi çıxararam. VikiMənbədə bircə redaktəsi belə olmayanların isə gəlib burada qayda haqqında danışmasını məntiqsiz hesab edirəm. --Irada 10:38, 16 Yanvar 2010 (UTC)

Emin müzakirə VikiMənbənin Kənd meydanına köçürülsə yaxşı olar. Orda müzakirəyə davam edək.--Sortilegus 12:50, 16 Yanvar 2010 (UTC)

Vikipediyada da müzakirə başlayıb. Həm burda həm də orda müzakirə getsin? Kənd meydanına müzakirəni bütün köçürüm? Olar ki, sən köçürəsən?--Eмϊn >> 19:39, 16 Yanvar 2010 (UTC)

Belə görürəm ki, bir də məsələylə bağlı ətraflı yazmalı olacam. İradə xanım, niyə axı bizim üçün həssas mövzuya həsr olunmuş konkret bu iki kitabı əsas götürüb, istifadəçilərin hisslərinə toxunub məsələyə başqa cür münasibət bildirənləri "asıb-kəsirsiz"? Burda öz yazdıqlarınızı və digər istifadəçilərin yazdıqlarını müqayisə edin görün kim daha çox etik qaydalara riayət edib. Nə isə... Məncə, söz davası eləməkdənsə konkret mövzu ilə bağlı müzakirə aparsaq yaxşı olar. Burda belə çıxır ki, guya siz milli ruhlu, vətənsevər bir insan kimi rus və ingilis dilində olan bu əsərlərin silinməməsi üçün mübarizə aparırsız, biz isə bu hisslərdən məhrum adamlar kimi onların silinməsini istəyirik. Amma söhbət ancaq əcnəbi dillərdə olan bu iki əsərdən getmir. Məsələ Azərbaycan dilində olan VikiMənbədə ümumiyyətlə əcnəbi dilində olan mətnlərin yerləşirilməsinə icazə verib-verməməklə bağlıdır. Təklif səslənir ki, Azərbaycan müəlliflərinin əcnəbi dildə olan əsərlərinin dərci üçün qanun qəbul edək və əsərlərin bura yerləşdirilməsinə razılıq verək. Yaxşı, deyək razılaşdıq, qanun qəbul etdik, icazə verdik. Burda axı ədəbiyyat əsərləri də, sənədlər də yerləşdirilir. Onda götürək bizim rusca yazan yazıçılarımız Çingiz Abdullayevin, Rüstəm İbrahimbəyovun, Çingiz Hüseynovun, lap elə fars dilində yazıb-yaratmış Nizami Gəncəvi, Xaqani Şirvani və s. sənətkarlarımızın əsərlərini rusca, farsca köçürək bura? Azərbaycan dilli layihələrdə əcnəbi dilində mətnlər olsa, onda gərək özümüzə poliqlot (çox dil bilən) idarəçilər də seçək ki, birdən kimsə tutaq ki, alman dilində, ya italyan dilində yerləşdirilən mətndə bir hərf düzəltdi, yoxlaya bilsinlər ki, düzəliş nə qədər düzgün edilib. Ya da belə hal olanda gərək hər dəfə həmin dildə olan layihələrdən adam dəvət edək ki, gəlsin yoxlasın. Məsələnin bu tərəflərini də düşünmək lazımdır. Yoxsa ki, filankəslərə nifrət edirəm, filankəslər satqındır, filankəslərlə ömrümün axırına qədər mübarizə aparacam. Özünüz də təcrübəsiz istifadəçi deyilsiz ki, deyim qaydalardan xəbəriniz yoxdur. Hörmətlə:--Sortilegus 21:05, 16 Yanvar 2010 (UTC)

Təcrübəli istifadəçi və elmi işimin mövzusu informasiya müharibəsi ilə əlaqədar olduğu üçün sizin yuxarıda yazdıqlarınızda məqsəd artıq mənə gün kimi aydındır: nəyin bahasına olursa olsun danışılan kitablar VikiMənbədə olmasın. İndi isə keçək təhlilə:
  • Əgər etik qaydalardan damışırsınızsa, o halda mənim yazdıqlarımı olduğu kimi göstərin, mən buradakı heç bir müzakirəmdə filankəs sözünü işlətməmişəm, konkret erməni və onların tərəfdarları demişəm. Odur ki, sizin də etik qaydalara riayət etmənizi tələb edirəm.
  • Asıb-kəsmək kimi rişğənd ifadələri isə mənim milli hislərimi ələ salmaq kimi qəbul edirəm, bu sizə heç də hörmət artırmır...
  • Əgər Xocalı və Mart hadisələri haqqında kitabları nəzərdə tutursunuzsa yenə də həqiqətdən uzaq danışırsız, belə ki, mən 2 kitabdan deyil 5 kitabdan danışıram.
  • Azərbaycanlı müəlliflərin xarici dillərdə yazılmış kitablarını VikiMənbədə yerləşdirilməsi isə o kitabların həmin dildə yazılması ilə bağlıdır. Yəıni Azərbaycan alimi əsərini elə rus dilində nəşr etdirmişdirsə, o əsər elə həmin dildə də nəşr edilməlidir. Kitab haqqında Azərbaycan dilində qısa məlumat verilsə kifayətdir. Burada daha bir etik qaydanı pozdunuz: mən Azərbaycanın milli maraqları haqqında kitablardan danışmışam, yəni indiki duruymda Azərbaycan həqiqətlərini dünyaya çatdıran kitablardan. Siz isə müzakirəyə başqa don geyindirməyə çalışırsınız.
  • Səsvermədən və mövzu ilə əlaqədar qaydaların yaradılmasından da söz açmırsınız. Gənc və təcrübəsiz istifadəçiləri inandırmağa çalışsanız da sizin əsas məqsəniniz artıq mənə aydındır. --Irada 00:22, 17 Yanvar 2010 (UTC)
Artıq bitməyəcək kimi görünən bu mübahisə yəqin ki, bütün Vikipediya tarixində ən təhqiramiz mübahisələrdən biri kimi qalacaq. Bunun tək səbəbi də elə mübahisəni yaradan səbəb ilə eynidir, yəni qaydalara barmaqarası baxılması. İstənilən digər Vikipediyada birisinə “axmaq” deyin həmən an bloklanacaqsınız, burda isə işlədilən ifadələr bundan min dəfə ağır sözlərdir. Ən başlıcası Vikipediya bir milli proyekt deyil, onu Azərbaycan Respublikası ilə bağlayan heç bir şey yoxdur, tək bir şeydən başqa, bu da Azərbaycan dilidir. Bizim müzakirə mövzumuz isə bunun tam əksidir. İradə xanım elmi işinin mövzusu informasiya müharibəsi ilə əlaqədar olduğunu yazıb və yaqin ki, hamından yaxşı bilir ki, istər Qarabağ, istərsə də digər milli məsələlərimiz haqqında onlarca İnternet saytları yaradılıb və onlar da bu sahədə öz imkanları daxilində təbliğat aparır, ancaq Vikipediyanın bunlardan ən əsas fərqi məhz elə milli olmamasıdır, yəni hatta düşmənlərimiz belə Azərbaycan dilini bilsəydilər burda iştirak edə bilərdilər, bunun belə olmamasının tək səbəbi onların Azərbaycan dilini bilməmələridir, yəqin Ermənistana heç bir aidiyatı olmayan ingiliscə, rusca və digər Vikipediyada nələr baş verdiyini bir çoxunuz bilirsiniz, say coxluğu onların əlindədir və ən ağılagəlməz şeyləri “həqiqət” kimi bütün dünyaya yayılar, azərbaycanlı istifadəçilərin sayı az olduğu üçün bir şey etmək də mümkün deyil, biz isə burda “vətənpərvərlik uğrunda” bir-birimizi təhqir edirik.--Melikov Memmed 09:52, 17 Yanvar 2010 (UTC)
Bir fikrinizlə razıyam - Vikipediya tarixində ən təhqiramiz mübahisə, özü də nə üstə mübarizə - Xocalı və Mart soyqırımı haqqında həqiqətləri əks etdirən rus və ingilis dillərində kitablar Azərbaycan dilində VikiMənbədə qalsın ya yox. Mən son sözümü dedim. Fikrimi də bilirsiniz. İndi isə gedin və sakit vicdanla bu kitablara sil şablonu qoyun və xoşbəxt olun!!! --Irada 10:22, 17 Yanvar 2010 (UTC)

Problemin yeganə həlli ingiliscə olan mətnlərin ingilisdillli VikiMənbəyə, rusca olan mətnlərin rusdilli VikiMənbəyə köçürülməsidir. Mən ingilis və rus dilini bilən vikipediyaçılarımızdan da xahiş edəcəm bu işdə bizə kömək etsinlər. İndi o VikiMənbələrin qaydalarını və tələblərini öyrənirəm, görək hansı lisenziyalar istəyirlər. Əsərləri yerləşdirək, silinməyəcəyini təmin edək, sonra burdan silərik. Azərbaycan dilinə nə vaxtsa tərcümə olunsa həmin əsərlər burda yerləşdirək. Həmin VikiMənbələrdə bu əsərlərin qalmasını təmin etməyincə burdan silməyək. Mən bilən məsələnin belə həlli variantı hamını razı salır?--Sortilegus 14:18, 17 Yanvar 2010 (UTC)

Bu məsələnin bir tərəfinin həlli ola bilər, yəni kitablar ilə əlaqədar olanı. Digər məsələlər, məsələn Azərbaycanca Viki proyektlərdə bəzi qaydaların hələ yazılmaması, və ya yazılan qaydaların da lazımı qədər tətbiq olunmaması, məsələn yuxardakı müzakirədə demək olar ki, bir çoxumuzun yazısında yumşaq desək qarşı tərəfin şəxsiyyətinə yönəlik fikirlərin olması göz qabağındadır, bu isə ən azı xəbərdarlıq ilə cəzalandırılmalı idi, onda yəqin ki, "Vikipediya tarixində ən təhqiramiz mübahisə" də heç olmazdı. Məncə bunların həlli "kadr çatışmazlığından" daha çətin olacaq--Melikov Memmed 15:20, 17 Yanvar 2010 (UTC)

Əla Sortilegusun fikriylə razılaşmaq olar.Məqsədimiz dünyaya real informasiya verməkdirsə kitabların ingilis və rus dilli mənbələrə köçürülməsi bizim işimizə daha çox yarayır.Lakin həmin mənbələrdə kitabların qalmasını təmin etmədən bizim mənbədən silinməməsi şərtiylə.Bir də əgər Məlikov Məmməd cəzalandırılmalıdır deyərkən İradə xanmı nəzərdə tutursa İradə xanım konkret olaraq heç kəsin adını çəkməyib və erməni tərəfdarlarnı nəzərdə tutub.Əgər Məmməd bəy həmin sözləri özünə götürübsə bu məncə onun şəxsi problemidir.--Sefer azeri 20:21, 17 Yanvar 2010 (UTC)

Kimi isə nəzərdə tutsaydım adın yazardım, diqqət etsəniz mən gələcəkdə bir daha bu cür xoşagəlməz mübahisələrin qarşısını almaq üçün nə etmək lazımdır onu yazmışam, burda isə "iş işdən keçib" təzədən kimisə cəzalandırmağın nə mənası?! Yəni istəyirəm biləsiniz ki, kimin isə cəzalandırılıb-cəzəlandırılmaması məni qətiyyən maraqlandırmır, ancaq Azərbaycanca Vikipediyanın "özü deyib özü eşidən" Vikipediyalar sırasında olmamasını çox istəyirəm, çünki ingiliscə, rusca və hatta türkcə Vikipediyalarda istifadə olunan "bura sizin üçün Azərbaycanca Vikipediya deyil" ifadəsi mənim üçün qəbulolunmazdır. --Melikov Memmed 21:18, 17 Yanvar 2010 (UTC)

Axır ki, gəldik çıxdıq 22 il əvvələ: "Kim qalxmasa ermənidir", "Kim oturmasa ermənidir!". Əzizlərim (viki ailəsinin üzvləri), məncə də bugünkü gündə Sortilegusun təklif etdiyi variant problemin optimal həllidir. --Vago 08:28, 18 Yanvar 2010 (UTC)

Və yaqın ki, həmin "vətənpərvərlərin" Azərbaycan tarixinə hansı bədbəxtlikləri gətirdiklərini də yazsaq yerinə düşər. Mən Vago ilə razıyam və bu müzakirələrə son qoyuram --Melikov Memmed 08:45, 18 Yanvar 2010 (UTC)

Ən maraqlısı odur ki, bu kitabların digər dillərdəki vikimənbələrdə yerləşdirilməsinə icazə almaq üçün həmin layihələrin idarəçilərinə cəmi 4-5 cümləlik e-mail yazmaq lazımdır. E-mailin nümunəsi də qaydalarla bağlı səhifələrdə verilir. Həmin e-mail kitabın müəllifi tərəfindən yazılmalı və onun şəxsiyyətini təsdiq edə bilən məlumatlar verilməlidir. Bu qaydaları axtarıb tapmaq və şablon cümlələri "copy-paste" etmək heç də çətin deyil. Amma belə görünür ki, bu mərhələni keçməmiş işin asan tərəfindən yapışmaq istəyi daha üstün olub. Wertuose 19:03, 18 Yanvar 2010 (UTC)

Siz burdan silmək istədiyiniz kitabların çoxusunu ingilis dilindəki vikimənbəyə yükləmək çətin olacaq, bəlkə də heç mümkün olmayacaq. Çünki o kitablarda Azərbaycanlı müəlliflər Qarabağdakı və Bakıda vəhşilikləri törədən erməniləri faşist, terrorçu, vəhşi və s. adlandırırlar. Bu belədir, düzdü, ingilis dilindəki qanunlara görə isə belə materialları yükləmək xeyli çətin işdi. Əgər siz fikirləşirsizə bu iş 4-5 cümləlik e-mail yazmaqla kifayyətlənəcək, mən sizə açıq deyə bilərəm ki, bu belə deyil. Yükləməyə yoxlayın, mən də baxım. Mən özüm hal hazırda rus dilli vikimənbəyə "Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə" kitabını yükləyirəm, və bilirəm bu nə deməkdir. Buradan kitabları canfəşanlıqla silməyə tələsməkdənsə, əvvəla o kitabları rusdilli və ingilis dilli vikimənbələrə yükləsəydiniz yaxşı olardı. --Interfase 20:05, 18 Yanvar 2010 (UTC)

Rus VikiMənbəsində apardığınız müzakirəyə baxdım. Yəni problemi əvvəlcədən elə bu formada həll etməyə çalışmaq lazım idi. İngilis dilində olan mətnləri də ingilis VikiMənbəsinin qanunları ilə tanış olub, idarəçiləri ilə məsləhətləşib sonra ora yerləşdirmək olar. Bir də yaxşı olar ki, bizim istifadəçilər (heç olmasa 6-7 nəfər - rus və ingilis dillərini bilənlər olsa lap yaxşı olar) elə indidən Rus və İngilis VikiMənbələrində qeydiyyatdan keçib özlərinə istifadəçi səhifəsi yaratsınlar ki, kitabların silinməsi istənilsə müzakirələrdə iştirak edib əks mövqelərini bildirə bilsinlər. --Sortilegus 23:50, 18 Yanvar 2010 (UTC)

Bir təklif vermək istəyirəm. Məsələn, Они никогда не вырастут kitabını oxudum, Interfase tam haqlı bunu rus və ingilis Vikipediyalarında yerləşdirmək imkansız, hətta cəhd etməyinə belə dəyməz; “...армяне выступили против Бога”, “ужасы армянского кровопийства” və s. Ancaq maddənin sonunda Переводчики - Адиля Агабейли (английский), Талех Булут (английский), Ниджат Мамедов (русский) yazılıb, deməli mətnin azərbaycanca da versiyası var, bunu müəllifdən almaq olar (məncə İradə xanım ala bilər). Sonra Vikimənbədə "Onlar heç vaxt böyüməyəcəklər" maddəsi yaradır və hər 3 dildə kitabı burada yerləşdiririk, “Они никогда не вырастут” və “They will never grow up” maddələrini də bura yönəldirik. Sonra qoy həmişəlik bu kitablar da burda qalsın. Bundan sonra da idarəçilər başqa dillərdə olan digər kitabları qətiyyən burada yerləşdirməyə imkan vermirlər. Məncə ideal olmasa da bu bir çıxış yolu ola bilər.--Melikov Memmed 05:29, 19 Yanvar 2010 (UTC)

Əvvəlcə orda cəhd eləmək lazımdır ki, silinməyə qoymayaq. Bu əsər müəllif əsəridir və sizin misal gətirdiyiniz cümlələr də müəllifin cümlələridir. Yəni Vikipediyadan fərqli olaraq VikiMənbədə müəllif mövqeyinə (əsər içində və ya elə əsər şəklində) icazə verilir. Puşkinin də hansısa şerində var ki, "Ti trus, ti rab, ti armyanin". Tolstoyda ermənilərin ikiüzlüyü ilə bağlı ümumiyyətlə belə cümlələr doludur. Yəni bu adam belə düşünüb və belə yazıb. Şeri, romanı redaktə eləməyəcəklər ki? Eləcə də belə müəllif əsərlərini. Ermənilər hay-küy qaldırarlar - buyursunlar, öz əsərlərini yerləşdirsinlər. Əsas - müzakirə açılsa orda öz mövqeyimizi müdafiə edə bilməyimizdir. Azərbaycan dilində isə bu əsərlər burda olsa təbii ki, əla olar. Bu müzakirə mövzusu deyil --Sortilegus 15:37, 19 Yanvar 2010 (UTC)

Azərbaycan vikipediyasında Xocalı mövzusu ilə bağlı mübahisə redaktə

Azərbaycan vikipediyasında Xocalı mövzusu ilə bağlı mübahisə Azərbaycanın xəbər portalında... Fikrimcə buna ehtiyac yox idi... -- Cekli829 15:34, 2 fevral 2010 (Cek vaxtı ilə)

Пожалуйста, проверте iwiki redaktə

Проверте, правильно ли я определил русские оригиналы для переводов Блока?

Сам я азербайджанского не знаю, переводил с помощью google. Если где-то ошибся, поправте, пожалуйста, iwiki. -- Sergey kudryavtsev 13:33, 16 Sentyabr 2010 (UTC)

Все правильно. :) --Irada 08:56, 30 Sentyabr 2010 (UTC)

Vikimənbənin yenilənmiş loqosu mübarək olsun. :) --PPerviz 19:15, 8 oktyabr 2010 (UTC)[cavabla]

Mübarəkdir. Təşəkkürlər :)--Irada 18:03, 11 oktyabr 2010 (UTC)[cavabla]

VikiMənbə 2000-i keçdi. Hamını təbrik edirəm.--Vugar 1981 11:23, 28 dekabr 2010 (UTC)[cavabla]

Vikimənbə 36-cı sırada redaktə

VikiMənbə bütün VikiMənbələrin siyahısında 36-cı oldu. --Vugar 1981 14:32, 5 yanvar 2011 (UTC)[cavabla]

Çox gözəl! --Cekli829 14:57, 5 yanvar 2011 (UTC)[cavabla]

Announcing the creation of a new interlingual cooperative WikiProject- WikiProject Translation! The goal is inter-wiki collaboration with the aim of making source texts available in multiple languages. The project is very much in the formation phase, and would benefit from voices giving input. Please feel free to express any ideas, concerns, or questions at the project talk page. If you don't speak English, you have two options: Use Google Translate, or start your own WikiProject Translation here at Azerbaijani Wikisource. (This is recommended in any case.) In the spirit of the project, please translate this message! --Eliyak 09:16, 10 yanvar 2011 (UTC)[cavabla]

Artıq VikiMənbədə 2500 mətn var. Üstəlik 33-cü yerdəyik. Hamını təbrik edirəm. --Vugar 1981 05:35, 31 yanvar 2011 (UTC)[cavabla]

Buna görə Sizə böyük bir təşəkkür düşür!--Cekli829 11:10, 1 fevral 2011 (UTC)[cavabla]

Diqqət! Səsvermə davam edir! redaktə

Hörmətli istifadəçilər. Hazırda Vikimedia fondunun Azərbaycan dilində olan 3 layihəsində idarəçi seçkiləri keçirilir. Hamınızı səsvermədə fəal iştirak etməyə dəvət edirəm.

VikiMənbədəki səsvermə səhifəsi: VikiMənbə:İdarəçilər
VikiLüğətdəki səsvermə səhifəsi: wikt:Wiktionary:İdarəçi namizədi/Sinan
VikiSitatdakı səsvermə səhifəsi: q:Vikisitat:İdarəçilər

Hörmətlə, --Cekli829 05:47, 17 fevral 2011 (UTC)[cavabla]

Vikimedia fondunun Azərbaycan dilində olan daha bir layihəsində də səsvermə başladı.

VikiKitabdakı səsvermə səhifəsi: b:VikiKitab:İdarəçilər

Hörmətlə, --Cekli829 07:37, 17 fevral 2011 (UTC)[cavabla]

Səsvermə artıq başa çatıb! Özüm də daxil olmaqla idarəçi seçilmiş hər kəsə uğurlar arzu edirəm! --Cekli829 08:44, 5 mart 2011 (UTC)[cavabla]

Hərəyə 10 redaktə! redaktə

Azərbaycandilli Vikixəbər layihəsinin gerçəkləşdirilməsi məqsədilə
ÇAĞIRIŞ

Əziz və hörmətli vikimənbəçilər,

Azərbaycanca Vikixəbərin müstəqil layihə olması istiqamətində başlatdığımız fəaliyyətin qısa müddət ərzində müsbət nəticələnməsi üçün hər birinizin cəmi 10 redaktə etməsi kifayət edər. Əgər başlatdığımız bu layihənin müvəffəqiyyət qazanmasında bizə kömək etsəniz, Sizə çox minnətdar olardıq! Hamımıza və yeni layihəmizə uğurlar!

Dərin hörmət və ehtiramla, vikixəbərçi: --Cekli829 09:40, 28 aprel 2011 (UTC)[cavabla]

"Portal" layihəsi redaktə

Ədəbiyyat portalı yaratdıldıqdan sonra bir sıra problemlər ortaya çıxıb. "Portal" layihəsinə ehtiyyac var. Fikrinizi bilməyə şad olaram. Hörmətlə,--PPerviz 00:17, 1 İyun 2011 (UTC)

  Dəstək.Bizə portal layihəsi də lazımdır. Çox lazımdır. VikiMənbəni inkişaf etdirmək üçün çox vacib məsələdir. --N KOziMüzakirə 03:53, 1 İyun 2011 (UTC)
  DəstəkVago 06:53, 1 İyun 2011 (UTC)
  Dəstək Bunu çoxdan etmək lazım idi. --►Cek Li Taranmesaj 13:43, 1 İyun 2011 (UTC)
  Dəstək Portal lazımdır. Hətta deyərdim ki, artıq gecikirik. (Ədəbiyyat sahəsində məqalələrin sayı çoxdur) --Irada 06:37, 2 İyun 2011 (UTC)
  Dəstək--Sortilegus 10:45, 2 İyun 2011 (UTC)
  Dəstək Məncə də .--Eмϊn >> 11:17, 3 İyun 2011 (UTC)
  Dəstəklazımdır --E THP 05:38, 6 İyun 2011 (UTC)

 Y Hazırdır. --PPerviz 08:45, 8 İyul 2011 (UTC)

Təşəkkür! --►Cek Li Taranmesaj 11:21, 8 İyul 2011 (UTC)

Təşəkkürlər. VikiMənbədə Müəllif və ya Şəxs layihəsi də olmalıdı..--Emin | mesaj 18:44, 9 İyul 2011 (UTC)

Şəkil faylları redaktə

Təklif edirəm ki, Vikisitatda şəkil fayllarını sıfırlayaq. Yalnız Commonsun fayllarından istifadə edək. Bu ümumi işin xeyrinə olacaq bir addımdır. Xüsusilə də idarəçilərin fəaliyyətini daha da asanlaşdıracaq. --►Cek Li Taranmesaj 05:55, 8 sentyabr 2011 (UTC)[cavabla]

Müəllif hüquqları redaktə

Vikimənbədə müəllif hüquqları ilə bağlı olaraq, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunu əsas götürərək, 1941-ci ildən sonra vəfat etmiş müəlliflərin əsərləri silinməlidir. Bütün istifadəçiləri bu məsələyə həssas yanaşmağa çağırıram. --N KOziMüzakirə 10:52, 17 sentyabr 2011 (UTC)[cavabla]

  Gec də olsa bu addımı atdığınız üçün Sizə təşəkkür edirəm! --►Cek Li Taranmesaj 10:57, 17 sentyabr 2011 (UTC)[cavabla]
Buraya bir not düşeyim, Amerikan telif yasaları gereğince 1923 yılından önce yayınlanmış metinler Vikimenbe'de yer alabilir, telif hakları saklı değildir. --Seksen iki yüz kırk beş 15:20, 24 sentyabr 2011 (UTC)[cavabla]

"1941-ci ildən sonra vəfat etmiş müəlliflərin əsərləri silinməlidir" ifadəsi doğru deyil. Müəllif vəfat edirsə müəllif hüquqları onun vərəsələrindən birinə keçir. Məsələn Ziya Benyadovun əsərlərinin müəllif hüquqları hal-hazırda onun həyat yoldaşındadır. Hətta mən burada yerləşdirdiyim məqaləni alimin həyat yoldaşı şəxsən evindən göndərmişdir. O məqalə heç bir kitabxanada yoxdur. Təssüf ki, xarici dildə olması bəhanəsi ilə sildirilmişdir. Bilirəm ki, indi məni Vikipediya qaydaları ilə hədələyənlər tapılacaq. Amma bir şeyi unutmayın: VƏTƏN SEVGİSİNİ HEÇ BİR VİRTUAL LAYİHƏ ƏVƏZ EDƏ BİLMƏZ! --Irada 06:20, 26 sentyabr 2011 (UTC)[cavabla]

"Sevmək", artıq "tərəf tutmaq" deməkdir. Vikiçi isə "tərəfsiz" olmalıdır. Vikidə Vətən sevgisinin ən əsas göstəricisi Vətənin dilinə hörmət etməkdir. --►Cek Li Taranmesaj 07:23, 27 sentyabr 2011 (UTC)[cavabla]

Yeni layihə: Məktub redaktə

Hörmətli Vikimənbə istifadəçiləri. Məktub:San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mariya Luiza Berti və cənab Filippo Tamaniniyə məqaləsi ilə yeni bir layihə başlamaq istəyirəm. Ümid edirəm ki, bu yeniliyin qəbulunda heç bir etirazınız olmaz. Bir müddətdən sonra Bugzillaya müraciət edib, Məktub layihəsini tam rəsmiləşdirərik. --►Cek Li Taranmesaj 04:39, 23 sentyabr 2011 (UTC)[cavabla]

Əgər müəllif hüquqlarını pozmursa, məktub yerləşdirilməsinə müsbət yanaşıram. --N KOziMüzakirə 06:55, 23 sentyabr 2011 (UTC)[cavabla]