Vikimənbə:Qanunla təhdid olmaz

Qanunla təhdid əsl vikimənbəçiyə yaraşmayan hərəkətlərdəndir. Əgər kiminsə Vikimənbədəki hәrәkәtlәri xoşunuza gəlmirsə və ya hansısa istifadəçi ilə mübahisəniz varsa, onu qanunla təhdid etmək və ya bu problemləri həll etmək üçün görüşə çağırmaq, duel provokasiya etmək əvəzinə, mübahisələrin həlli prosedurlarına müraciət edin.

Əgər sizin mübahisəniz Vikimənbə ilədirsə, onda sizə Vikimedia Fondu ilə əlaqə saxlamaq məsləhət görülür. Vikimənbə vasitəsi ilə başqa insanları qanunla təhdid etmək yolverilməzdir.

Kimisə qanunla və ya "ənənəvi" yollarla təhdid edənlər, məhkəmə və ya "haqq-hesab çürütməyə" çağıranlar idarəçilər tərəfindən dərhal bloklanır! Əgər kiminsə qanunla təhdidlərini görsəniz, bu barədə idarəçilərə xəbər verin.

Müəlliflik hüququ redaktə

Əgər Vikimənbə kiminsə, o cümlədən sizin müəlliflik hüququnuzu pozursa, bu barədə dərhal, gecikmәdәn idarəçilərə xəbər verin. Vikimənbə müəlliflik hüququna çox ciddi yanaşır və bu hüququn pozulması hallarının qarşısını almaqda sizin fəaliyyətlərinizi tam dəstəkləyir.

Şəxsiyyətin alçaldılması redaktə

Əgər Vikimənbənin hansısa mətnində hər hansı bir şəxs haqqında təhqiramiz məlumatın olduğunu düşünürsünüzsə, bu barədə gecikmədən idarəçilərə müraciət edin. Vikimənbənin siyasəti bu tipli halların qarşısını tamamilə almağa yönəlmişdir və sizin köməyiniz alqışlanır.