Vikimənbə:Tez-tez soruşulan suallar

İstiqamətləndirməni necə qoya bilərəm redaktə

Çox tez-tez mətnlərə başqa adlardan istiqamətləndirmə qoymaq zərurəti yaranır. Bunun üçün istiqamətləndirilən səhifənin daxilində #redirect[[İstiqamətlənən səhifənin adı]] sözlərini yazmaq lazımdır. Bu sözlərdən əlavə mətnin daxilində başqa heç bir işarə olmamalıdır. Mətnin adının dəyişdirilməsi zamanı bu cür səhifələr avtomatik olaraq yaradılır. İkiqat və daha çox istiqamətləndirmələr işlək olmur. Həmçinin bax - Vikimənbə:İstiqamətləndirmə.