Bibliya/Yəhyanın Üçüncü Məktubu

Yəhyanın İkinci Məktubu Bibliya. Yəhyanın Üçüncü Məktubu

Yəhudanın Məktubu


1 Qeydlər

«Yəhyanın Üçüncü Məktubu» cəmiyyətin Qay adlı bir rəhbərinə ünvanlanıb. Həvari Yəhya onu başqa məsihçilərə kömək etməsinə görə tərifləyir və Diotref adlı bir nəfərə xəbərdarlıq edir.

Kitabın məzmunu:

  • 1:1-8 Qaya tərif və nəsihət
  • 1:9-12 Diotref və Dimitri barədə
  • 1:13-15 Xudahafizləşmə

1 redaktə

1[1] Mən ağsaqqaldan həqiqətə görə sevdiyim əziz Qaya salam! Tərif və nəsihət

2 Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan. 3 Bəzi qardaşlar gəlib sənin həqiqətə bağlılığına, yəni həqiqətə görə həyat sürdüyünə şəhadət edəndə mən çox sevindim. 4 Mənim üçün öz övladlarımın həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz.

5 Ey sevimli, sənə hətta yad olduqları halda qardaşlara xidmət etməkdə sədaqət göstərirsən. 6 Onlar cəmiyyətin qarşısında sənin məhəbbətin barədə şəhadət ediblər. Sən onları Allaha layiq bir tərzdə yola salarkən yaxşı iş görəcəksən. 7 Çünki onlar imansız olanlardan heç nə götürmədən Onun naminə yola çıxdılar. 8 Beləcə biz həqiqət işində həmkar olmaq üçün bu cür adamlara dayaq olmalıyıq.

9 Cəmiyyətə bir şey yazdım, amma onların arasında başçılıq etməyi sevən Diotref bizim səlahiyyətimizi tanımır. 10 Buna görə də mən gələndə onun etdiyi əməllərlə bağlı məsələ qaldıracağam: o bizim barəmizdə pis sözlərlə qeybət edir, hətta bununla kifayətlənməyərək qardaşları özü qəbul etmir, qəbul etmək istəyənlərə də mane olur və onları cəmiyyətdən qovur.

11 Ey sevimli, pislikdən yox, yaxşılıqdan nümunə götür. Yaxşılıq edən Allahdandır, pislik edənsə Allahı görməyib. 12 Hamı Dimitrinin yaxşı adam olduğuna şəhadət edir, həqiqətin özü də bunu təsdiq edir. Biz də buna şəhadət edirik və sən də bilirsən ki, bizim şəhadətimiz etibarlıdır.

Xudahafizləşmə

13 Sənə yazılası çox sözüm var, amma bunları sənə qələm və mürəkkəblə yazmaq istəmirəm. 14 Amma ümid edirəm ki, tezliklə səni görəcəyəm və səninlə üz-üzə söhbət edəcəyəm.

15 Sənə sülh olsun. Dostlar sənə salam göndərir. Oradakı dostlara bir-bir salam söylə.

Qeydlər redaktə

  1. Həv. 19:29; Rom. 16:23-24; 1Kor. 1:14-15

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy