Salam olsun!
Müəllif: Yunus Əmrə

Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!

Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara salam olsun!

Tənim ortaya açıla,
Yaxasız köynək biçilə,
Bizi asan vəch ilə
Yuyanlara salam olsun!

Kimsə durmaz qəsdimizə,
Gedər olduq dostumuza,
Namaz üçün üstümüzə
Duranlara salam olsun!

Bu qaydadı, gələn gedər
Əcəl ki var bizi güdər.
Bizim halımızdan xəbər
Soranlara salam olsun!

Dərviş Yunus söylər sözü,
Yaş doludur iki gözü
Bilməyən nə bilsin bizi?!
Bilənlərə salam olsun!