Vikimənbə:Cəsur ol!

Cəsur ol! Su soyuq deyil

Xoş gəlmisən!

Vikimənbə yalnız hamı cəsur olduğu halda uğurlu alına bilər. Vikimənbə sözün əsl mənasında azad məkandır. Burada gəz-dolaş, heç nədən çəkinmədən səhv bildiklərini düzəlt, və s. və i... Bunu etməyə sənin tam ixtiyarın var! Hamı səndən məhz bu cür cəsurluq gözləyir. Sözlərimdən şübhələnə bilərsən, amma inan ki, Vikimənbə bu cür zənginləşir. Bu azad məkanda cəmi bir məhdudiyyət var - ƏXLAQ QAYDALARINA ƏMƏL ET! Digər istifadəçilərlə bərabər hüquqlu olduğunu heç zaman unutma!

Vikimənbədə işləməyə başladıqdan qısa müddət sonra başa düşəcəksən ki, kiminsə öz yazdıqlarını mühafizə etməsi və onlara "sahib çıxması" burada faydasızdır.

Azərbaycanca Vikimənbə hal-hazırda istədiyin qədər səhv tapa bilərsən :-( . Xüsusilə mətnin kompyuter yığımı zamanı edilmiş və ya istifadəçinin məlumatsızlığından irəli gələn orfoqrafik səhvlər. Bu cür səhvləri tapıb düzəltsən sənə heç kim gözün üstə qaşın var deməz, əksinə, hamı minnətdar olar. Hətta bu səhifənin özündə də hansısa səhv tapıb düzəldə bilərsən. Yox əgər sən mətndə radikal dəyişiklik etmək istəyirsənsə, istinad etdiyin mənbə olmalıdır. Yaxşı olardı ki, bu cür dəyişiklikləri əvvəlcə mətnin müzakirə səhifəsində müzakirə edəsən.

Ola bilər ki, qarşına məzmunsuz, elə-belə yaradılmış və ya heç bir dəyəri olmayan mətn çıxsın. Cəsur ol! Çalış belə məqaləyə məzmun, ensiklopedik dəyər ver. Yox əgər görsən ki, məqalədə "ələ gələn" bir şey yoxdur, onda onu silinəcək səhifələr siyahısına {{sil}} sözlərini yazmaqla əlavə et. Əgər qərarını haqlı hesab etsələr, idarəçilər həmin məqaləni siləcəklər.

İndi cəsarət qazandınsa bu yazının üstünə bas və dəyişiklikləri necə edə biləcəyini öyrən.

Onu da unutma ki, Vikimənbə üçün təkcə sən çalışmırsan, burada sənin çoxlu həmfikirlərin var-- çətinə düşəndə onlardan kömək istəməkdən çəkinmə.

Hələlik bu qədər....ilk mətni yazmaq üçün bu məqaləni də oxu (yazıya tıqla) və sən artıq ilkin tanışlıq ilə silahlanmış olacaqsan. Bir müddətdən sonra görəcəksən ki, Vikimənbədəki mətnlərin sayəsində sənin dünya görüşün daha da genişlənib.