Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əz-Zariyat surəsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni 'Bismillahir-rəhmanir-rəhim! 1. (Toz-torpağı) sovurub-dağıdan küləklərə; 2. Yağış yüklü buludlara; 3. Asanlıqla üzüb gedən gəmilərə; 4. Və ru...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 15:
7. (Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,
 
8. (Ey müşriklər!) Sizin (Quran və [[Məhəmməd]] əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bəziniz Qurana şer, Peyğəmbərə şair, bəziniz də Qurana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).
 
9. Ondan (Qurandan, yaxud [[Məhəmməd]] əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! ([[Allah]]ınAllahın əzəli elmində imandan kim dönmüşdürsə, Qurandan və Peyğəmbərdən də elə o dönər!)
 
10. Məhv olsun yalançılar! ([[Allah]] onlara lənət eləsin!)
 
11. O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!
Sətir 35:
17. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.
 
18. Səhərlər isə ([[Allah]]danAllahdan) bağışlanmalarını diləyirdilər.
 
19. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.
 
20. Yerdə ([[Allah]]aAllaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
 
21. Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?
 
22. Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza [[Allah]] dərgahındakı lövhi-məhfuzda yazılmışdır).
 
23. Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.
 
24. ([[Məhəmməd|Ya Rəsulum]]!) [[İbrahim peyğəmbər|İbrahim]]inİbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?
 
25. Onlar ([[İbrahim peyğəmbər|İbrahim]]inİbrahimin) yanına gəlib salam verdikdə ([[İbrahim peyğəmbər|İbrahim]]) salamı alıb (öz-özünə): "Bunlar tanımadığım kimsələrdir!" -dedi.
 
26. O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.
Sətir 55:
27. Onu qabaqlarına (qonaqların qabağına) qoyub: "Bəlkə, yeyəsiniz!" – dedi.
 
28. ([[İbrahim peyğəmbər|İbrahim]] qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: "Qorxma!" – dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.
 
29. (Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: "Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)"
Sətir 91:
45. Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala bilmişdilər).
 
46. Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar ([[Allah]]ınAllahın itaətindən çıxmış) fasiqlər idilər.
 
47. Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik).
Sətir 99:
49. Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!
 
50. ([[Məhəmməd|Ya Rəsulum]]! Bu insanlara de: ) "[[Allah]]aAllaha tərəf qaçın! ([[Allah]]ınAllahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan ([[Allah]]ınAllahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
 
51. [[Allah]]laAllahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan ([[Allah]]ınAllahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
 
52. ([[Məhəmməd|Ya Rəsulum]]! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.
Sətir 115:
57. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm!
 
58. Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da [[Allah]]dırAllahdır!
 
59. Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! ([[Allah]]aAllaha şərik qoşmaqla özlərinə zülm edən [[Məkkə]] müşriklərini də əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!
 
60. Vəd olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına!