Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Ət-Tin surəsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
Bismillahir-rəhmanir-rəhim!
 
{{ayə|95|1.}} And olsun əncirə və zeytuna;
 
{{ayə|95|2.}} And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
 
{{ayə|95|3.}} And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
 
{{ayə|95|4.}} Biz insanı ən gözəl biçimdə yaratdıq!
 
{{ayə|95|5.}} Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
 
{{ayə|95|6.}} Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
 
{{ayə|95|7.}} (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
 
{{ayə|95|8.}} Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
 
{{Surə|95}}