Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Bələd surəsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
 
Bismillahir-rəhmanir-rəhim!
 
{{ayə|90|1.}} And içirəm bu şəhərə (Məkkəyə) -
 
{{ayə|90|2.}} Sənin yaşadığın (sənə halal olan) şəhərə;
 
{{ayə|90|3.}} And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,
 
{{ayə|90|4.}} Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)
 
{{ayə|90|5.}} Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
 
{{ayə|90|6.}} Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!" - deyir?
 
{{ayə|90|7.}} Məgər o heç kəsin onu görmədiyini güman edir?!
 
{{ayə|90|8.}} Məgər Biz ona iki göz vermədikmi?!
 
{{ayə|90|9.}} Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!
 
{{ayə|90|10.}} Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
 
{{ayə|90|11.}} Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi).
 
{{ayə|90|12.}} (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
 
{{ayə|90|13.}} (O) bir kölə azad etməkdir;
 
{{ayə|90|14.}} Yaxud aclıq günü (zamanı) yemək verməkdir -
 
{{ayə|90|15.}} Qohumluq əlaqəsi çatan bir yetimə.
 
{{ayə|90|16.}} Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
 
{{ayə|90|17.}} Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
 
{{ayə|90|18.}} Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)
 
{{ayə|90|19.}} Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)
 
{{ayə|90|20.}} Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)
 
{{Surə|90}}