Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Buruc surəsi: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
k Add |
Vago (müzakirə | Fəaliyyətlər) Redaktənin izahı yoxdur |
||
Sətir 1:
Bismillahir-rəhmanir-rəhim!
{{ayə|85|1}} And olsun bürclər sahibi olan göyə;
{{ayə|85|2}} And olsun və’d olunmuş günə (qiyamət gününə);
{{ayə|85|3}} And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
{{ayə|85|4}} (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər.
{{ayə|85|5}} O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
{{ayə|85|6}} O zaman onlar (xəndəklərin) kənarında oturub,
{{ayə|85|7}} (Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
{{ayə|85|8}} Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
{{ayə|85|9}} O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
{{ayə|85|10}} Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
{{ayə|85|11}} İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
{{ayə|85|12}} Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
{{ayə|85|13}} Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
{{ayə|85|14}} (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
{{ayə|85|15}} Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
{{ayə|85|16}} O, istədiyini edəndir.
{{ayə|85|17}} (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
{{ayə|85|18}} Fir’on və Səmud (ordularının)?
{{ayə|85|19}} Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.
{{ayə|85|20}} Onların bütün ixtiyarı Allahın əlindədir!
{{ayə|85|21}} Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!
{{ayə|85|22}} O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
▲22}} O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
{{Surə|85}}
|