Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əbəsə surəsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1:
Bismillahir-rəhmanir-rəhim!
 
{{ayə|80|1. (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
 
{{ayə|80|2. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
 
{{ayə|80|3. Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
 
{{ayə|80|4. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
 
{{ayə|80|5. (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
 
{{ayə|80|6. Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
 
{{ayə|80|7. Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
 
{{ayə|80|8. Yüyürə-yüyürə sənin yanına gələn
 
{{ayə|80|9. Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
 
{{ayə|80|10. Sən ondan üz çevirirsən!
 
{{ayə|80|11. Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
 
{{ayə|80|12. Kim istəsə, ondan öyüd alar.
 
{{ayə|80|13. (Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -
 
{{ayə|80|14. (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
 
{{ayə|80|15. (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).
 
{{ayə|80|16. (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.
 
{{ayə|80|17. Ölsün (kafir) insan! O nə nankordur!
 
{{ayə|80|18. (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
 
{{ayə|80|19. (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
 
{{ayə|80|20. Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
 
{{ayə|80|21. Sonra onu öldürüb qəbrə qoydu.
 
{{ayə|80|22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
 
{{ayə|80|23. Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
 
{{ayə|80|24. İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
 
{{ayə|80|25. Həqiqətən, Biz yağışı bol yağdırdıq.
 
{{ayə|80|26. Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
 
{{ayə|80|27. Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
 
{{ayə|80|28. Üzüm və yonca;
 
{{ayə|80|29. Zeytun və xurma (bağları);
 
{{ayə|80|30. (Ağacları bir-birinə) sarmaşan bağçalar;
 
{{ayə|80|31. (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
 
{{ayə|80|32. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
 
{{ayə|80|33. Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
 
{{ayə|80|34. O gün insan qaçacaq öz qardaşından;
 
{{ayə|80|35. Anasından, atasından;
 
{{ayə|80|36. Zövcəsindən və oğullarından!
 
{{ayə|80|37. O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
 
{{ayə|80|38. O gün bir çox üzlər parlayacaq,
 
{{ayə|80|39. Güləcək, sevinəcəkdir.
 
{{ayə|80|40. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
 
{{ayə|80|41. Onları zülmət (yaxud his) bürüyəcəkdir.
 
{{ayə|80|42. Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!
 
{{Surə|80}}