Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Ən-Nəbə surəsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k Add
Sətir 1:
Bismillahir-rəhmanir-rəhim!
 
{{ayə|78|1.}} (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
 
{{ayə|78|2.}} Böyük bir xəbər (qiyamət günü) haqqında!
 
{{ayə|78|3.}} Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
 
{{ayə|78|4.}} Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
 
{{ayə|78|5.}} Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
 
{{ayə|78|6.}} Məgər Biz yeri döşək etmədikmi?!
 
{{ayə|78|7.}} Dağları da dirək?!
 
{{ayə|78|8.}} Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
 
{{ayə|78|9.}} Yuxunuzu da istirahət etdik.
 
{{ayə|78|10.}} Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
 
{{ayə|78|11.}} Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
 
{{ayə|78|12.}} Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
 
{{ayə|78|13.}} Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
 
{{ayə|78|14.}} (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
 
{{ayə|78|15.}} Onunla dən və bitki yetişdirək,
 
{{ayə|78|16.}} Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.
 
{{ayə|78|17.}} Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
 
{{ayə|78|18.}} Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
 
{{ayə|78|19.}} (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
 
{{ayə|78|20.}} Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
 
{{ayə|78|21.}} Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
 
{{ayə|78|22.}} O, azğınların məskənidir.
 
{{ayə|78|23.}} Onlar orada sonsuz müddət qalacaqlar.
 
{{ayə|78|24.}} Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
 
{{ayə|78|25.}} Qaynar sudan və irindən başqa!-
 
{{ayə|78|26.}} (Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
 
{{ayə|78|27.}} Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
 
{{ayə|78|28.}} Ayələrimizi də elə hey təkzib edirdilər.
 
{{ayə|78|29.}} Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
 
{{ayə|78|30.}} İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
 
{{ayə|78|31.}} Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
 
{{ayə|78|32.}} Bağçalar və üzüm bağları,
 
{{ayə|78|33.}} Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
 
{{ayə|78|34.}} (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
 
{{ayə|78|35.}} Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
 
{{ayə|78|36.}} (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
 
{{ayə|78|37.}} Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
 
{{ayə|78|38.}} Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
 
{{ayə|78|39.}} Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
 
{{ayə|78|40.}} Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!" - deyəcəkdir.